Norveç 10 il əvvəl Şimal buzlu okeanının cənubunda yerləşən Svalbard adasında qurduğu qlobal toxum anbarının infrastrukturunu genişləndirəcək.
Publika.az xəbər verir ki, “THE Verge internet” saytının xəbərinə görə, hökumət səlahiyyətliləri ehtimal edilən qiyamət ssenarisinə hazırlıq çərçivəsində Yer kürəsindəki kənd təsərrüfatı məhsullarını qorumağı hədəfləyən anbarın infrastrukturun genişləndirilməsi üçün 100 milyon Norveç kronunun (12,7 milyon dollar) xərclənəcəyini açıqlayıblar.
Adada bir qayanın içində tikilən anbarda bir xidmət binası əlavə ediləcək. Həmçinin anbarın girişindəki tunel yenilənəcək.
Svalbardda toplanılan toxum nümunələri ilk dəfə 2015-ci ildə Suriyanın Hələb vilayətində regional toxum anbarının zərər görməsindən sonra Mərakeş və Livanda iki yeni regional toxum anbarının qurulması üçün istifadə edilmişdi. Anbardakı toxumlardan yetişdirilən məhsullardan alınan yeni toxumlar 2017-ci ildə anbarın ehtiyatına əlavə olunub.
Anbarda dünyadakı bütün toxum növlərinin toplanması planlaşdırılır. Onlardan Yer kürəsində fəlakətlərin baş verəcəyi və kənd təsərrüfatı məhsulları məhv olacağı halda, bu sahənin canlandırılması üçün istifadə ediləcək. Anbarda hazırda dünyanın müxtəlif ölkələrində yetişdirilən kənd təsərrüfatı məhsullarına aid 890 min toxum var. Amma anbarın 4,5 milyon toxum saxlama qabiliyyəti var.



1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub