Bu gün Milli Turizm Təbliğat Bürosu, Bakı Nəqliyyat Agentliyi və "PASHA Travel" şirkəti arasında Bakı şəhərinin rəsmi şəhər kartı yaratmaq məqsədilə memorandumun imzalanma mərasimi keçirilib.
Mynews.az-ın məlumatına görə, memorandum Milli Turizm Təbliğat Bürosunun direktoru Fuad Nağıyev, Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli və PASHA Travel şirkətinin əməliyyatlar üzrə baş direktoru Florian Sengstschmid tərəfindən imzalanıb.
"Baku Card", Azərbaycanda ilk və yeganə Bakı şəhərinin rəsmi şəhər kartıdır. Kart sahibləri pulsuz ictimai nəqliyyatdan, şəhər muzeyləri və mədəniyyət mərkəzlərinə ödənişsiz və ya endirimli girişdən istifadə edəcək. "Baku Card" – Bakı şəhərini müasir tanıdacaq və ölkəmizə səfər edən turistlərin daha da çox maraq oyatmasına səbəb olacaq yeni bir məhsuldur.
Bundan əlavə, “Baku Card” sahibləri mağazalar, kafelər, restoranlar və daha çox müxtəlif yerlərdə endirimlər və xüsusi təkliflər əldə edə biləcəklər.
Milli Turizmin Təbliği Bürosunun Media və PR üzrə meneceri Kənan Quluzadə deyib ki, 24 saatlıq "Baku Card" 35 manat, 72 saatlıq "Baku Card" 60 manat və 1 həftəlik "Baku Card" 90 manata olacaq.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub