Bəli, tarixdə cəsədləri sağlam qalmış çox sayda hadisələrə rast gəlinmişdir. Ancaq bu mövzunun fəlsəfəsi bizim üçün aşkar deyildir. Deyə biləcəyimiz şey budur ki, bəzi insanların ruhu o qədər əzəmətə və məqama malikdir ki, bədənləri ilə rabitəsini kəsməmişdir və onu cürüməyə qoymur.
Mynews.az deyerler.org-a istinadən bildirir ki, alimlərdən nəql edilir: "O zaman ki, Şah İsmayıl Xətai İraqı fəth edir, İmam Hüseyni (ə) ziyarət etmək üçün Kərbəlaya daxil olur.
Hürr barədə çoxlu sayda şeylər eşitmişdi. Ona görə də əmr edir ki, onun qəbrini açsınlar. Qəbri açan zaman görürlər ki, Hürr şəhid olduğu halda qalmışdır. Başına da bir dəsmal bağlanmışdır.
Başındakı dəstmalı açan kimi, qan axmağa başladı və hər nə qədər çalışdılarsa, bu qanın qarşısını ala bilmədilər. Çarəsiz həmin dəsmalı ki, İmam Hüseyn (ə) onun başına bağlamışdı, yenidən bağladılar. Bu zaman başa düşdülər ki, bütün bu olanlar İlahi nemətdir ki, Hürrə nəsib olmuşdur".
Alimlərdən bəziləri cəsədin sağlam qalması barəsində buyurur: "O bədənlərə təqva dərəcəsi və ruhun təharəti hopmuşdur. Ona görə də onu təzə halda saxlayır".
Tarix boyu çox sayda abid olmuşdur ki, dualarında Allahdan istəmişdilər ki, ruhlarını sağlam saxladığı kimi, bədənlərini də sağlam saxlasın.
Bir sıra müstəhəb əməllər var ki, onları yerinə yetirənin bədəni qəbirdə salamat qalır.
Belə başa düşülür ki, bədənin salamat qalması - bir İlahi lütfdür ki, bədən sahibinə mükafat kimi verilir.
1
İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi - FOTO
1004 dəfə oxunub
2
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
967 dəfə oxunub
3
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
959 dəfə oxunub
4
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
957 dəfə oxunub
5
Azərbaycanda alim vəfat etdi
935 dəfə oxunub