Qısa zamanda qarın əritmə hərəkətləri: Məşqin əvvəlində, yoxsa..?

1307
Qısa zamanda qarın əritmə hərəkətləri: Məşqin əvvəlində, yoxsa..?

İdmanla məşğul olanların ən böyük istəklərindən biri qısa zamanda arzulanan nəticəni əldə etməkdir. Xüsusən də, yağ əridib, qarın əzələləri çıxartmaq...

Qarın əzələləri bədənin "fit" görünməsini təşkil edən iri və yığılması, qorunması çətin olan əzələ qruplarındandır.

Qısa zamanda yaxşı nəticə əldə etmək üçün proqramınızda qarın hərəkətlərini əvvələ salın.

"Ağırlıq qaldırmağa başlamazdan əvvəl qarın əritmə hərəkətləri edənlər, bu hərəkəti sona saxlayanlara nisbətən daha tez və yaxşı nəticə əldə edirlər".

Mynews.az Milli.Az-a istinadla xəbər verir ki, bu sözləri tanınmış fitness məşqçisi Alwyn Cosgrove müəllifi olduğu "The New Rules of Lifting for Abs" (Qarın əzələlərinin inkişafı üçün yeni qaydalar) kitabında qeyd edib.

O bildirib ki, insan bədənindəki enerji qarında yaranıb, digər bədən hissələrinə paylanır.

Güclü qarın əzələlərinə sahib olmaq daha ağır çəkilər qaldıra bilmək və gec tükənmək deməkdir.

Lakin bu tapşırıqları etməzdən öncə isinmə hərəkətləri ilə bədəni "qızışdırmaq", qan dövranını sürətləndirmək mütləqdir. Əks halda, əzələ "yana bilər".

Qarın əzələlərini məşqin əvvəlində "yükləməyin" daha faydalı olduğu 2012-ci ildə aparılan araşdırma da sübut olunub.

"Hansı əzələni axıra saxlasan, elə ən gec inkişaf edən də o əzələ olacaq. Yorucu məşqdən sonra "press" etmək hər hansı fayda verməyəcək. Ağırlıqlarla etdiyiniz qarın hərəkətləri isə sizi zədələyə bilər. Buna görə də, ən yaxşısı məşqə başlamazdan öncə qızınma hərəkətləri (cardio) edib, sonra jim, plank və "mountain climbers" etdikdən sonra normal olaraq digər əzələ qruplarınızı məşq etdirə bilərsiniz".

Xəbər lenti