"40 gün ana və körpəni hamıdan ayırırlar ki, uşağın bədənində saprofit və digər mikrob floralarının formalaşması 40-45 günə başa çatır".
Mynews.az xəbər verir ki, bu sözləri kaspi.az-a açıqlamasında K.Fəracova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, baş pediatr Nəsib Quliyev deyib.
O bildirib ki, sonra uşaq kimin yanına getsə qorxusu yoxdur. Təbiətə uyğunlaşma məsələsidir. "Dünyaya uşaq gəldi”ni elə belə demirik. Uşaq ana bətnində olduğu 9 ay ərzində də dünyada olur, amma doğulmayıb, nəfəs almır. Doğulub dünya ilə uyğunlaşmağa başlayanda artıq dünyaya gəlir. Bizim elin gözəl adəti var ki, uşaq doğulanda onu anası ilə bir otaqda saxlayırlar, tapşırırlar ki, üstünə heç kim getməsin. "Qırxlı uşağın üstünə getməzlər”, "Zahının üstünə getməzlər” kimi adətlərimiz qoruyucu faktorun biridir. Tibbi-nöqteyi nəzərdən tam əsaslandırılmışdır. Təbiətin qanunu belədir ki, uşaq dünyaya gələndə onun orqanizmində olan bütün mikrob florası ananınkı ilə oxşar olmalıdır. Bu halda ana südü onu tam qoruyur. Uşağın ağzında, nəfəs yollarında, dəri səthində, hətta bağırsaqlarında olan bakteriya ananınkı ilə eyni olmalıdır".
1
İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi - FOTO
1004 dəfə oxunub
2
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
967 dəfə oxunub
3
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
959 dəfə oxunub
4
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
957 dəfə oxunub
5
Azərbaycanda alim vəfat etdi
935 dəfə oxunub