Bu şəkildə dua etməyin qadağan və ya icazəli olunması barəsində şəriətdə heç bir məlumat bildirilmir. Sadəcə sözün mənası baxımından demək icazəli deyil. Çünki islama görə "qurban" yalnız şəriətlə müəyyən olunmuş heyvanlardan Allah üçün kəsilir. Mynews.az zikr.az-a istinadən bildirir ki, amma etiqad baxımından deyilməsi mübahdır, yəni insanın ixtiyarına buraxılır. Yəni bu şəkildə yalvarsa, savabı və ya günahı yoxdur. Ümumiyyətlə yaxşı olar ki, Allaha dua edilərkən, Peyğəmbərimizin (Allahın ona salavatı və salamı olsun) göstərdiyi qaydalar çərçivəsində dua edilsin, çünki bu duanın qəbul olunması baxımından da yaxşıdır. Bu şəkildə edilən dualara "duanın ədəbləri" deyilir. Uca Allah buyurur: "Səhər-axşam yalvararaq, qorxaraq, səsini qaldırmadan ürəyində Rəbbini yad edib ona dua et və qafillərdən olma!" (əl Əraf, 205).
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub