Şairə Cığatelə ağır itki üz verib: həyat yoldaşı xərçəng xəstəliyindən dünyasını dəyişib. Mərhum doğulduğu Ağstafa rayonunda dəfn olunub.
Mynws.az bildirir ki, yenicag.az-a açıqlama verən şairə gözyaşlarına hakim ola bilməyib:
" Evimin yaraşığını, gözümün nurunu, arxa-dayağımı, sirdaşımı, baş yoldaşımı itirdim. Ağır dərddir. 3 ayın içində "əridi" getdi. Gözünün içinə baxıb, "sağalacaqsan", deyə, onu aldadırdım. Mənə inanırdı, amma əcəl əlimdən aldı. O, əlimdən tutub Bakıya gətirən, məni "şairə Cığatel" edən kişi idi. Cavan idi, yaşamaq istəyirdi. Son nəfəsində yalvardı ki, məni ölməyə qoyma. Onsuz bu həyat mənim üçün qaranlıqdır".
Nə deyim, can yoldaşıma indi ağı deyəcəyimi ağlıma da gətirməzdim:
Qaradı qaşın ördək,
Yaşıldı başın ördək.
Həmişə cüt gəzərdin,
Hanı yoldaşın ördək?
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub