Bəyənilən və bəyənilməyən intiqam

591
Bəyənilən və bəyənilməyən intiqam

"İntiqam" sözünün lüğətdəki mənası "inkar etmək", "kin saxlamaq", "cəzada mübaliğə etmək" mənasında işlənər. Elə bir əmələ deyilir ki, insan ona pislik etmiş insana az və ya çox həddə həmin pisliyi və ya ondan da pisini edər.

Bu hiss insanlarda olduğu kimi, heyvanlarda da mövcuddur. İntiqam hissi iki cür olur: bəyənilən və bəyənilməyən.
Bəyənilən intiqam.
Mynews.az deyerler.org-a istinadən bildirir ki, İslam dininin nəzərinə görə hər bir zülm ki, insana və ya cəmiyyətə təhlükə yaradır, onunla mübarizə aparmaq məzlumun haqqını almaq olduğu üçün bəyənilən və bəzən də vacib əməllərdəndir. Quran buyurur: "Onlarla vuruşun ki, Allah onlara sizin əlinizlə əzab versin, onları xar etsin, sizi onlara qalib etsin və möminlərdən (müşriklərdən yaralı) olan dəstənin ürəklərinə şəfa versin". ("Tövbə" 14). Allah Təala bu ayədə müsəlmanlara göstəriş verir ki, bu yolla zülmün kökünü kəsə bilərlər.
Bəyənilməyən intiqam.
Əgər insan cahillik və ya təssübkeşlik üzündən bir başqası ilə düşmənçilik edərsə, dinimiz bu intiqamı bəyənmir. Bu yolla nəinki zülm aradan getməz, əslində insan özü zülm mənbəyi olar. Ona görə də dinimiz bu cür intiqamı məzəmmət edir və şiddətlə ondan çəkindirir. "Firon dedi: "Mən sizə icazə verməmişdən qabaq ona iman gətirdiniz? Bu, şübhəsiz, (sizinlə Musanın) bu şəhərdə onun əhalisini oradan çıxarmaq (qibtiləri çıxarmağınız və İsrail övladlarını saxlamaq) üçün qurduğunuz bir hiylədir. Odur ki, tezliklə biləcəksiniz! Həqiqətən, mütləq sizin əllərinizi və ayaqlarınızı çarpazvari (birini sağdan, birini soldan) kəsəcək, sonra isə şübhəsiz, sizin hamınızı dar ağacından asacağam". Dedilər: "(Onsuz da) Biz Rəbbimizə tərəf dönəcəyik (buna görə də sənin hədələrindən qorxmuruq). Sən bizə yalnız Rəbbimizin ayə və nişanələri bizə yetişən zaman, onlara iman gətirməyimizi eyib və irad tutursan. Ey Rəbbimiz, biz(im qəlblərimiz)ə (bolluca) səbir endir və bizi müsəlman olaraq öldür"". ("Əraf" 123-126).
İntiqam almaq yerinə əfv etmək.
İslam dini bağışlamaq və əfv etmək dinidir. Ona görə də intiqam almaq yerinə bağışlamağı və əfv etməyi bəyənir və buna dəvət edir. O kəs ki, öz haqqından keçər və əfv edər, İlahi əcrə və əfvə nail olar. "Hər bir pisliyin cəzası onun kimi bir pislikdir (öldürmək, kəsmək və yaralamağın cəzası eyni ilə özü kimidir və malın tələf edilməsi müqabilində onun əvəzi və ya maddi dəyəridir). Bununla belə əgər kimsə əfv etsə və (Allahla öz arasını və özü ilə tərəf müqabilinin arasını) düzəltsə, onun mükafatı Allahın öhdəsinədir. Həqiqətən O, zalımları (pislikdə başlayan tərəf olanları və cəzalandırmaqda həddi aşanları) sevmir. Həqiqətən, zülmə məruz qaldıqdan sonra intiqam alan kəslərə qarşı (həddi aşmaq və təcavüz etməyə ağıl və şəriət baxımından) əsla bir yol yoxdur". ("Şura" 40-41).

Xəbər lenti