Mövsüm dəyişikliyi zamanı dəridə bir sıra dəyişikliklər baş verir. Ona görə də yazda üz dərisinə qulluq xüsusilə vacibdir, çünki həmin dövrdə dəri daha həssas, zəifləmiş və allergiyaya meyilli olur.
Dərinin təmizliyi çox vacib şərtdir, lazım gəlsə onu gündə iki dəfə - səhər və axşam yuyub təmizləmək lazımdır. Xanımlar qışda istifadə etdikləri ağır tərkibli kremləri daha yüngülləri ilə əvəz edə bilərlər. Yazda dəri çox yağ ifraz etdiyinə görə tərkibi az yağlı olan qulluq vasitələrinə üstünlük verilməlidir. Nəmləndirici kremlə yanaşı tonikdən də istifadə edilməsi üz dərisinə müsbət təsir göstərir. Qışda istifadə olunmayan günəşdən qoruyucu kremləri yenidən gündəlik makiyaj vasitələri sırasına qaytarmaq olar.
Qulluq kremləri kimi makiyaj vasitələrini də daha yüngülləri ilə əvəz edilə bilər. Yaz mövsümü pilinq üçün də ən yaxşı vasitədir, çünki yay aylarında həmin prosedurun tətbiq edilməsi məsləhət görülmür.
Üz dərisinin sağlamlığı üçün vacib olan məsələlərdən biri də sudur. Yazda içilən bol su dərini qurumağa qoymur. Yuxu rejimi də dəri üçün çox əhəmiyyətlidir, çünki yuxusuzluq dəriyə solğunluq və şişkinlik verir. Mövsümə uyğun meyvə-tərəvəz yeyilməsi də orqanizmi təmizləyir.
1
İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi - FOTO
1004 dəfə oxunub
2
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
967 dəfə oxunub
3
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
959 dəfə oxunub
4
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
957 dəfə oxunub
5
Azərbaycanda alim vəfat etdi
935 dəfə oxunub