Rəqqasə Səidə bu dəfə rəqs etmək üçün Bakı metrosunu seçib.
O, bu addımı ilə təəccübləndirməyi bacarıb.
Saytımıza açıqlama verən rəqqasənin prodüseri Elvin Nəsib görüntülərin Bakı metrosunda lentə alındığını təsdiqləyib. O bildirib ki, Səidə xanım qatar "28 May" stansiyasından "İçərişəhər" istiqamətində hərəkət edən zaman gecə saatlarında rəqs edib.
Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayevlə də əlaqə saxladıq. Nəsimi bəy qısa olaraq bunda problem görmədiyini bildirib. ( yenicag.az )
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub