Səhərlər yuxudan rahat oyanmağı necə öyrənməli? Yuxudan oyanarkən özünzü gümrah və güclü hiss etməyin bir yolu varmı? Bu sual çoxlarını düşündürür.
Mynews.az saglamolun.az-a istinadən bildirir ki, bunun üçün hər kəs öz bioritmini müəyyən etməlidir. Bu nə deməkdir? Anadan olduğunuz gündən başlayaraq sizin həyatınız bioloji ritmlərə tabe olur. Bu anlamda bütün insanlar 3 qrupa bölünür: "bayquşlar", "torağaylar" və "göyərçinlər".
"Bayquşlar" gecələr oyaq qalır, səhərə yaxın yatmağa gedirlər. Bu qrupa daxil olanlar əsasən, yaradıcı insanlardır, onların beyninin sağ yarımkürəsi daha fəaldır.
"Torağaylar" səhərlər yuxudan tez qalxırlar və axşamlar da saat 10 radələrində yatmağa üstünlük verirlər. Bunlar analitiklər və məntiq adamlarıdır. Onlar beyinlərinin sol yarımkürəsindən gələn əmrlərlə idarə olunurlar.
"Göyərçinlər" isə aritmik adamlardır, yəni konkret ritmi olmayanlardır. Onlar istənilən rejimə asanlıqla uyğunlaşırlar və beyinlərinin hər iki yarımkürəsindən əmrlər alırlar.
Özünün hansı qrupa aid olduğunu bilmək üçün məzuniyyət və ya tətil zamanı öz rejiminə fikir ver. Rejimin yuxarıdakı təsvirlərdən hansına uyğun gələcəksə, o qrupa da aidsən.
Dövrlər üzrə yatmaq
Bu nə deməkdir? Biz hamızız dövrlər üzrə yatırıq. Hər bir dövr iki mərhələdən ibarətdir: Ağır dərin və sürətli paradoksal. İnsan sürətli paradoksal yuxu zamanı daha rahat oyana bilir. Əgər həmin dövr zamanı oyanmasanız, ikinci dövrə - ağır dərin yuxu dövrünə keçəcəksiniz. Bir dövr təxminən saat yarım çəkir. Sağlam adam üçün normal yuxu müddəti 3-5 dövrdən ibarətdir ki, bu da 5-8 saat çəkir.
Rejimi dəyiş
Bunu necə etməli? Səhərlər "torağay" kimi yuxudan oyana bilərsiniz, amma bunun üşün rejimi dəyişməyiniz lazımdır. Orqanizm üçün saatlar üzrə yaşamaq daha rahatdır. Rejimin pozulması və ya ümumiyyətlə, rejimsizlik insanı daimi tələskənlik halında saxlayır.
Ona görə də həyatını, yaşam tərzini qaydaya salmağa çalış. Bu proses 3 ay çəkə bilər və asan deyil. Amma zəhmətin hədər getməyəcək.
Buna necə nail olmalı: Səhər saat 6-da yuxudan oyan, gecə də saat 12-dən gec olmayaraq yatmağa get. İstirahət günlərində də eyni rejimə əməl et. Dünya dağılsa da, rejimini pozma. Əvvəl-əvvəl oyanmaq asan olmayacaq. Bütün prosesi asanlaşdırmaq üçün yatmazdan əvvəl 2-3 saat təmiz havada gəzintiyə çıx.
Həkimlər səhər yuxudan oyanan kimi günə gimnastika ilə başlamağı məsləhət görmürlər. Amma soyuq duş qəbul etmək yuxunuzun qalan hissəsini də qova bilər.
Bu qaydalara əməl etsən, 2-3 aydan sonra "torağaylar" kimi istənilən rejimə rahatlıqla uyğunlaşacaqsan.