Psixologiya elmində məqsədli unutma ilə bağlı bir çox tədqiqatlar aparılıb.
Bu, hər zaman insanların diqqətini çəkən bir məsələ olub. Eternal Sunshine of The Spotless Mind filminə yəqin ki baxmısınız. Bəs həqiqətən də unutmaq mümkündürmü? Biz istəmədiyimiz xatirələri beynimizdən məqsədli şəkildə silməyə qadirikmi? Gəlin bu sualın cavabını tapmağa çalışaq.
Məqsədli şəkildə unutmaq üçün nə etməliyik?
Uzun müddətdir ki, bunun üzərində tədqiqatlar aparan Jeremy Manning və Kenneth Norman unudulmasını istədiyimiz xatirələrin silinməsi üçün ilk dəfə beynimizə qeyd edildiyi bağlantını silərək, bunu etməyin mümkün olduğunu iddia edirlər. Onlar təcrübə əsnasında bir qrup insandan yeni öyrəndikləri sözləri xatırlamalarını istəyiblər və bu zaman beyinlərində baş verən prosesləri müşahidə ediblər. Müşahidələrdən belə məlum olur ki, beyin hər hansı bir şeyi xatırlamaq istədikdə, həmin şeyi qeyd etdiyi bağlandını xatırlamağa, unutmaq istədiyində isə o konteksdən uzaqlaşmaq üçün səy göstərir. Bir sözlə, unutmaq və xatırlamaq üçün eyni funskiyanın müxtəlif cür istifadəsi gərəkli olur.
Tədqiqatçılar belə bir nəticəyə gəlib ki, biz xatırlamaq üçün istifadə etdiyimiz metodları, bunun əksi üçün də istifadə edərək, pis xatirələrdən xilas ola bilərik. Xatirələrimizi qeyd etdiyimiz bağlantıları silməklə, onlardan uzaqlaşmağımız mümkündür. Mövzuyla əlaqədar daha dəqiq və detallı məlumatlar tədqiqatlar yekunlaşdıqdan sonra açıqlanacaq. Bu mərhələdə insanı bir şey düşündürür: pis xatirələrinizdən həqiqətən də xilas olmaq istəyirikmi?
1
Dron məktəbin yaxınlığına belə düşüb - Həmin anın videosu
1547 dəfə oxunub
2
İran Naxçıvana 4 dron yönləndirib - MN
1496 dəfə oxunub
3
İranın dron hücumları nəticəsində xəsarət alanlarıən sayı artdı
1491 dəfə oxunub
4
Prezidentin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
1481 dəfə oxunub
5
Nazirlər Kabineti İranla bağlı qərar verdi
1480 dəfə oxunub