Planetin ilk kosmonavtı Yuriy Qaqarin təlim uçuşu yerinə yetirən zaman yerdən göndərilən yanlış məlumat ucbatından həlak olub.
Oxu.Az xəbər verir ki, bunu TASS-a verdiyi açıqlamada qəza səbəblərinin araşdırılması üzrə hökumət komissiyasına daxil olmuş texniki elmlər doktoru Arseniy Mironov bildirib.
Mironovun sözlərinə görə, Qaqarin və təlimatçı Vladimir Seryoqinin “MiQ-15UTİ” göyərtəsində uçuş həyata keçirdiyi zonanın yaxınlığında, pilot Andreyev eyni modeldən olan təyyarə ilə hava manevləri yerinə yetirib
Mütəxəssis hesab edir ki, Qaqarinin olduğu “MiQ-15 UTİ” buludlar arasından anidən peyda olmuş təyyarə ilə toqquşmadan yayınmaq üçün manevr edib və kritik vəziyyətə düşüb.
“Qaqarinin saat 10:29:57-də göndərdiyi “20-ci zonada tapşırığı yerinə yetirdim. 320 dərəcədə uçuşu davam etdirmək üçün icazə istəyirəm” sorğuya, uçuş rəhbəri (və ya onun köməkçisi) dərhal “icazə verirəm” deyə cavab verib. Halbuki o, lokatorda iki təyyarənin bir-birinə təhlükəli məsafədə yaxınlaşmasına fikir verməyib.
“Əgər uçuş rəhbəri öz vəzifəsini yerinə yetirib, lokatora baxsaydı, “İcazə verirəm. Ancaq yüksəkliyi azaltmadan yerinə yetirin” cavabını verərdi. Ancaq son bu iki kəlmə qarşı tərəfə çatdırılmayıb və nəticədə faciə baş verib.” – deyə Mironov bildirib.
Xatırladaq ki, Yuriy Qaqarin 27 mart 1968-ci ildə “MiQ-15UTİ” təyyarəsinin göyərtəsində təlim uçuşu həyata keçirən zaman təlimatçı Vladimir Seryoqinlə birgə həlak olub. Təyyarə qəzalı vəziyyətə düşdükdən sonra Vladimir vilayətinin Novoselovo kəndində yerə çırpılıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub