Bakıda əri ilə birgə yaşayan 32 yaşlı Rusiya vətəndaşı Yasmina Marinenko etiraz əlaməti olaraq, körpəsini Rusiyanın Azərbaycandakı səfirliyi qarşısında dünyaya gətirməyə hazırlaşır.
Mynews.az xəbər verir ki, o, rusiyalı jurnalistlərə çətin vəziyyətə düşən ailəsinin 700-800 dollara başa gələn doğuş üçün pulunun olmadığını deyib.
Marinenkonun müraciət etdiyi diplomatik nümayəndəlikdə ona yardım göstərməkdən imtina ediblər.
Rusiyada Marinenko məktəbdə, əri isə inşaatda çalışıb. Əri xəstələnib, bir ildən çoxdur ki, onlar Bakıya valideynlərinin yanına köçüblər. Rusiyada evləri yoxdur.
Azərbaycanda işləri yoxdur, vaxtaşırı iş düşdükdə, qazanc əldə edirlər. Ona görə də mamaçıların xidmətini ödəmək üçün vəsaitləri yoxdur. Sosial şəbəkədə yardım üçün çağırış etmək istəmirlər.
Körpəsinin diplomatik nümayəndəliyin binası qarşısında dünyaya gətirməyə Marinenko təxminən bir ay sonra hazırlaşır. Ailədə artıq bir uşaq var.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub