İngiltərənin Lester şəhərində baş vermiş qəribə hadisə hətta uzun illər təcrübəsi olan həkimləri belə təəccübləndirib.
Doğuş sancıları ilə xəstəxanaya gətirilən ana Qeysəriyyə əməliyyatı edilib, lakin ana bətni boş olub. Bizimyolinfo.com xəbər verir ki, Ember və Daniela Hyuz cütlüyü dördüncü uşaqlarını gözləyirdilər. Danielanın doğum sancıları gözlənildiyindən tez – hamiləliyin 7-ci ayında başlayıb. Əri onu xəstəxanaya aparıb. Ana iki gün sancı çəksə də, həkimlər hələ tez olduğunu düşünüb öncə tələsməyiblər, lakin sonra ananın da, uşağın da həyatını xilas etmək üçün Qeysəriyyə əməliyyatı etməyə qərar veriblər. Əməliyyatla ananın rəhmi yarılsa da, uşağı ananın bətnində tapmayıblar.

Sonra məlum oldu ki, uşaq təbii yolla dünyaya gəlmək istəyib və uşaqlıq boynuna sürüşüb. Əməliyyat stolunda olan qadın körpəsini təbii yolla dünyaya gэешкьэнэ məcbur oluи. Xoşbəxtlikdəт körpə sağ-salamat həyata başlayıb və bu gün də balaca Olli Hyuz ailəsinə sevinc bəxş etməkdədir.

Həkimlərin təcrübəsində çox hadisələr baş verib, amma doğuş zamanı ana bətnində körpəni itirmək hadisəsi ilk dəfə qeydə alınıb.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub