ABŞ-ın Kaliforniya ştatında, Viktorvill şəhərinin yaxınlığındakı səhrada Volkswagen markalı 350 min avtomobil var.
Almaniyanın nəhəng avtomobil konserni bu avtomobilləri dizel mühərrikləri ilə bağlı qalmaqala görə satışdan geri çağıraraq satın alıb.
Mynews.az Milli.az-a istinadən bildirir ki, 350 min maşına görə avtokonsern 7,4 milyard dollar ödəyib.
2015-ci ilin sentyabrında qalmaqal qopmuşdu. Bəlli olmuşdu ki, Volkswagen avtokonsernin ABŞ-da dizel avtomobillərinin işlənmiş qaz tullantısı testi nəticələrini saxtalaşdırdığı aşkarlanmışdı.
ABŞ ətraf mühitin mühafizəsi agentliyi (EPA) aşkar etmişdi ki, həmin avtomobillərin kompüteri test aparılan zaman maşınları ekoloji cəhətdən daha təmiz iş rejiminə keçirə bilirmiş.
Volkswagen şirkətinin idarə heyətinin sədri Martin Uinterkorn bu hadisəyə görə üzr istəmişdi.
Sonucda avtokonsern dünyanın müxtəlif ölkələrində 11 milyon avtomobili satışdan geri çağırmışdı.
Səhradakı avtomobil məkanı indi "Volkswagen qəbristanlığı" kimi tanınır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub