Türkiyədə Adem Karasu adlı bir sahibkar çox adamın iyrəndiyi soxulcanlardan pul qazanır.
Mynews.az qaynarinfo-ya istinadən xəbər verir ki, Türkiyənin Aydın şəhərinin Kuyucak rayonunda soxulcan biznes quran A. Karasu onların torpağın münbitliyi üçün çox önəmli olduğunu söyləyib.
ABŞ-da yaşayan bir tanışı vasitəsilə oradan 5 min ədəd soxulcan gətirən Karasu 2 il ərzində onların sayını 900 minə çatdırıb.
Karasu əkinçiliklə məşğul olanlara ələnmiş soxulcan gübrəsinin kilosunu 10 lirəyə, yaşını 6 lirəyə, soxulcanın 1 ədədini isə 25 qəpiyə satdığını bildirib.
Aydında bu təsərrüfat üçün xüsusi yer düzəldən sahibkar soxulcanların gecə də çalışmaları üçün ərazini işıqlandırdığını, əldə etdiyi gübrədən öncə özünün istifadə etdiyini və məhsuldarlıqda artım müşahidə etdiyini deyib.



1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub