İndi sizə Orxan Cabbarov adlı həmin gəncdən danışacayıq. O Bakı Metropolitenində qatar nəzarətçisi işləməklə yanaşı, həm də çox gözəl mahnılar ifa edir. Orxanın ən böyük arzusu gələcəkdə Azərbaycan Milli Konservatoriyasında təhsil almaqdır.
Bu günkü müsahibim neftçi olmasa da, elə o qədər də məsuliyyətli işdə, bakı metropolitenində nəzarətçi işləyir. Orxan Cabbarov 2 ildir ki, Elmlər Akademiyası Metrostansiyasına daxil olan qatarları qəbul-edib, yola salır.
Mynews.az xezerxeber.az-a istinadən bildirir ki, bu gənci hər gün bəlkə də minlərlə insan görür. Lakin onun bu istedadından çoxları xəbərsizdir.
Hazırki işinin hədsiz məsuliyyətli olduğunu deyən müsahibim, yorğun iş gününün sonunda mahnı ifa etməklə dincəldiyini deyir. Onun bu bacarığından hətta iş yoldaşları, dostları da xəbərdardır.
Orxan deyir ki, musiqiyə marağı çox böyükdür. Hətta, 2 işi arasında seçim etmək məcburiyyətində qalarsa üstünlüyü musiqiyə verər.
Orxan uşaq ikən 5 illik orta ixtisas musiqi məktəbində təhsil alıb. Ən böyük arzusu gələcəkdə Azərbaycan Milli Konservatoriyasında təhsil almaqdır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub