Bəs bu yuxuları görməyimizdə əsas məna nədir? Yuxular sadəcə təsadüfdürmü? Bu suallara cavab axtarmaq üçün elm adamları bir çox araşdırmalar aparıb.
Məlum olub ki, yuxu gördüyümüz vaxt beynimiz işlək vəziyyətdə olur. Belə halda yuxuların fikir və düşüncələrimizdən təsirləndiyini də söyləmək olar. Lakin, yuxular hələ də sirr olaraq qalır. Alimlər heç bir araşdırmada mütləq nəticə əldə edə bilməyib. Əksər təcrübələr sadəcə ehtimallar yaradıb. Buna görə də yuxularla bağlı araşdırmalar həmişə diqqət mərkəzində olub. Bu gün yuxu ilə bağlı aparılan araşdırmaların, yazılan kitabların sayı çoxdur. Yuxu ilə bağlı ən qeyri-adi hadisə Con Dann`ın adı ilə bağlıdır. Con bir təyyarə mühəndisidi.
O, İngiltərənin ilk hərbi təyyarəsinin layihəsini hazırlayıb. Sonradan dediyinə görə, o, bütün bu layihənin hər bir detalını yuxusunda görüb. Yuxuda gördüklərini də həyata keçirib. Bu uğurlu işdən sonra Con Dann bütün dünya alimlərinə belə bir sual ünvanlayır: Sizcə, insanın gələcəyi görə bilmək qabiliyyəti varmı? O, bu sualına əsaslanaraq yuxu ilə bağlı yeni araşdırmalara başlayır. Məlum olur ki, yuxuda öz gələcəyini görən təkcə o, deyil. Bir çox adam onunla eyni taleyi yaşayıb. Oksford universitetində aparılan bir araşdırmada müəyyən edilib ki, gələcəklə bağlı yuxu görənlərin sayı keçmişlə bağlı yuxu görənlərin sayından daha çoxdu. İstənilən bir insanın nə vaxtsa gördüyü yuxu çin çıxıb.
1
Sumqayıt qatarının qarşısına qəflətən çıxan gənc öldü
480 dəfə oxunub
2
20 ballıq cərimə limiti artırılır? - VİDEO
472 dəfə oxunub
3
Uşaqlar: "Sizdən Allaha şikayət edəcəyik" - FAKT
434 dəfə oxunub
4
Ali təhsilsiz gəncləri nə gözləyir? - ARAŞDIRMA
428 dəfə oxunub
5
Uşaq və süd: İkisini də qoruyaq?... - ARAŞDIRMA
427 dəfə oxunub