Qərib təxəllüsü ilə tanınan Rauf Alagöz məşhur teleaparıcılardan olan Zaurlara şeir yazıb.
Mynews.az xəbər verir ki, şair yeni yazdığı şeirdə teleaparıcıları təhqir atəşinə tutub.
"Paylaşın, bəlkə qurtulduq bunlardan" şərhini də yazıb.
Efirdə tüğyan edir,
Ay Zaurla zay Zaur.
Bu gediş hara gedir?
Deyən lazım “dayan, dur,
Ay Zaurla zay Zaur”.
Biri yaddır elinə,
Sahib durmur dilinə.
Gedib elçilik edir,
on beş yaşlı “gəlinə”.
Biri çimib xalatla canlı efirə gedir,
Dizə çöküb mindirir arvadını belinə.
Beləcə güdəm olur.
Ay Zaurla zay Zaur.
Millət söyür durmadan,
gündüz, axşam, gecə, dan.
Yerə girsin o gündəm,
olmaz olsun o ad-san.
Əmin olun gələcək elə məqam, elə dəm,
Olmayacaq yalanlar sizə nəfəs, sizə can.
Haq edəcəkdir zühur,
Ay Zaurla zay Zaur.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub