ABŞ-ın Massaçusets texnologiya institutunun mühəndis qrupu adi noutbuk ekranını toxunuşa həssas ekrana çevirməyin sadə və ucuz yolunu tapıb.
Oxu.Az xəbər verir ki, bu barədə “N+1” məlumat yayıb.
Mühəndislərin təklif etdiyi vasitə adi qapı həncaması və ona bərkidilmiş güzgüdən ibarət başlıqdır. Kustar üsulla hazırlanan bu başlıq noutbukun veb kamerasına taxılır.
Güzgü elə bucaq altında olmalıdır ki, noutbukun ekranında olan təsviri və onun qarşısında olan sahəni əks etdirə bilsin.
Hələ 2010-cu ildə yaradılmış proqram təminatı istifadəçinin ekrana toxunuşunu güzgüdəki əksinə uyğun müəyyənləşdirir.
Proqram təminatının iş prinsipinə görə, istifadəçi əlini noutbukun ekranına yaxınlaşdırdıqda, kamera təkcə barmağı deyil, onun ekrandakı əksini görür. Barmaq və onun əksi birləşdikdə, sistem bunu toxunuş kimi qeydə alır.
Habelə sistemin düzgün işləməsi üçün onu əvvəlcə kökləmək lazım gəlir. Proqramın təlimatına uyğun olaraq istifadəçi ekranın qeyd olunan nöqtələrinə toxunmalıdır. Əməliyyat sistemində olan bütün tətbiqlərin bu proqramı dəstəkləməsi üçün, mühəndislər ona barmaq toxunuşunu siçan əməliyyatlarına çevirməyi öyrədib.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub