ABŞ-ın Massaçussets Texnologiya İnstitutundan olan mühəndislər qrupu insanın düşüncələrini “eşidən” “AlterEgo” cihazını hazırlayıblar. Sonluqları istifadəçinin çənəsinə doğru uzanan, ayrı-ayrı sözlərin düşüncə ilə tələffüz edilməsi ilə korrelyasiya edilən qulaqlıqlar sifət və beyin əzələlərinin zəif hərəkətlərini oxuyur və alınmış informasiyanı radiosiqnala çevirir.
A24.Az xəbər verir ki, “AlterEgo” istifadəçi ilə kəllə sümükləri üzrə qulağa ötürülən və səs siqnalı kimi qəbul edilən vibrasiyaların köməyi ilə ünsiyyət qurur. İstifadəçi “vaxt” sözünü “düşünərək” sorğu göndərir, cavab istifadəçinin qulaqlarına dərhal ötürülür və ətrafdakı şəxslər tərəfindən eşidilmir.
Qurğu hələlik düşünülmüş az sayda əmrləri qəbul edir. Düşüncələri tanıma dəqiqliyi 92 faizə qədərdir. Maşın təlimi alqoritminə analiz üçün daha çox material təqdim etməklə bu faizin yüksəldilməsi nəzərdə tutulur. Bunun üçün sınaqlar zamanı daha çox könüllüyə ehtiyac olacağı bildirilir.
Cihazın yaradıcıları güman edirlər ki, “AlterEgo” hələlik hazırlanma mərhələsində olan neyrointerfeysləri əvəz edə biləcək./Azərtac
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub