Türkiyənin Amasya vilayətinin Mərzifon rayonunda yaşayan 24 yaşlı Sevda Topkökün bədənindən iynə şəklində metal cisimlər çıxır. Belə ki, 8 il əvvəl sol ayağında qaşınmalara səbəb olan qızartının müalicəsi 16 yaşlı qız üçün həm böyük narahatlıq, həm də əzab-əziyyət çəkməsinə səbəb olub. Həmin vaxt İstanbulda həkimlər ayağında çox sayda metal iynə aşkarlayıblar və bu yad cisimlərin çıxarılması üçün aparılan cərrahiyyə əməliyyatından sonra Sevda Topkök evinə qayıdıb.
İllər öncə baş verən hadisənin şokunu tam unutmağa başaldığı bir vaxtda oxşar qızartılar bu dəfə qızın sol qolunda müşahidə edilib. Onun müraciət etdiyi Mərzifon Qara Mustafa Paşa Dövlət Xəstəxanasında çəkilən rentgenin görünütüləri S.Topkökün bu dəfə qolunda iynə şəklindəki metal cisimlər olduğunu göstərib.
Biləyindəki 4 metal cismin çıxarılması üçün vilayət mərkəzinə göndərilən 24 yaşlı S. Topkök bu halın təkrarlanmasından özü də təəccübünü gizlətməyib: "8 il əvvəl ayağımdan 35 ədəd iynə çıxarıldı. Həkimlər cərrahiyyə əməliyyatı ilə iynələri götürdülər. Aradan 8 il keçdikdən sonra birdən-birə qolum göyərdiyi üçün həkimə getdim. Həkim əzilmə olduğunu dedi, bir ay müddətində sarğı ilə gəzdim. Ağrılar davam edincə bunun səbəbinin bədənimdəki iynələrdən olduğu aydınlaşdı".
Xəstəxanaya götürülən qızın qolunda metal cisimlər olduğunu öyrənən qonşular da şoka düşüblər: "Eşidən hər kəs heyrətə gəlir. Belə bir halı heç vaxt görməmişik. Normal iynədir amma ucu, baş hissəsi yoxdur".
Ortopediya xidmətinə müraciət edən Sevda Topkökün çəkilən rentgen görüntülərində qolunda metal cisimlərə rast gəlindiyini Mərzifon Qara Mustafa Paşa Dövlət Xəstəxanasının baş həkimi Səlcuq Sezikli də təsdiqləyib: "Xəstəni vilayət mərkəzindəki universitet klinikasında olan mütəxəssislərə yönləndirəcəyik. Bu nadir görülən haldır. Bədəndə böyük ehtimalla metabolik xəstəlik olduğu diaqnozunu da tam dəqiqləşdirmək lazımdır". (Bizimyolinfo.com)