Sarah Sapora 38 yaşında həyat dolu bir qadındır. O, həyatı boyunca artıq çəkilərindən əziyyət çəkib.
Metbuat.az xəbər verir ki, 13 yaşında ikən getdiyi tətildə çimərlik geyimi geydikdən sonra artıq çəkilərini ələ saldıqlarına və şəkillərini çəkdiklərinə görə daha çimərlik geyimi geyməməyə qərar verib.
O bu sözünü 25 il tutub. Daha sonra həyatını başqalarının fikirlərinə görə yaşamamağa qərar verib.
Həyat yoldaşı onu olduğu kimi sevir və bütün tənqidlərə qarşı güclü olmağa kömək edir. Sarah da həyat yoldaşından aldığı cəsarətlə yenidən çimərlik geyimi geyməyə qərar verib. Hətta bu geyimdəki fotolarını sosial şəbəkədə də paylaşaraq “Həyata bir dəfə gəlirik dostlar. İnsanların nə fikirləşəcəyinə əhəmiyyət vermədən öz həyatınızı yaşayın” deyib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub