"Evlənmək dinin yarısını qorumaq.. Kəbin də evliliyin əsası..Allahın qanunudur. Kişi ilə qadın bir-birlərinin həyatını birləşdirməyə qərar verdikdə, islama görə, onların arasında mütləq kəbin kəsilməlidir. Yəni, onlar arasında nigah bağlanması vacibdir. Bu zaman tərəflərin bu nigaha razı olmaları başlıca şərtlərdəndir. Əks halda, yəni kəbin batil sayılır".
İlahiyyatçı, jurnalist Südabə Həsənli bildirib ki, islam dinində ailə həyatı quran hər bir qadının mehriyyə almağa haqqı çatır, yəni bu dinin vacibi qanunlarındandır.
"Qadınların mehrlərini könül xoşluğu ilə verin. (Nisa surəsi, ayə 4) Mehriyyə kəbinin vacib hissələrindən biridir və mehriyyəsiz kəbin düzgün sayılmaz. Evlənmək çox savab işdir. Nur surəsi 32: Aranızda olan subay kişiləri və ərsiz qadınları, əməlisaleh kölə və kənizlərinizi evləndirin. Əgər onlar kasıbdırlarsa, Allah öz lütfü ilə onları varlı edər. Allah sonsuz genişlik sahibi və biləndir. Hətta sovet rejimi dövründə yaxud da indi kəbinin vacib olmadığını bilməyib ailə quran cütlüklər dərhal savadlı mollalara nigah oxutmalı bu ilahi əmri yerinə yetirməlidirlər. Çünki kəbinsiz dünyaya gələn uşaqların gələcək həyatlarında belə mənfi təsiri qoyar. İslam tarixinə nəzər salsaq Peyğəmbərləri, imamları şəhid edənlər də zinadan dünyaya gələnlər olublar. Zina insanın ömrünü qısaldar, ruzisini azaldar, hətta vətənpərvərlik hissini yox edər. Allah təala bizə nəyi haram buyurubsa, mütləq orda bir xeyir vardır. Uca Rəbbimiz başqa ayədə buyurur: Ey bəndələrim sizə verdiyim nemətləri doğru-dürüst istifadə edin. Haramdan çəkinin. Övladın yükü valideynin boynundadır. Gərək ki, valideyn onu dini tərbiyədə böyütsün və ilahi qanunları başa salsın. Ata halallığı olmadan qız öz başına kəbin kəsdirsə batil olar. Gərək ki, kəbində böyüklərin halallığı olsun. Allah öz rəhməti xatirinə bizi şeytanın şərindən uzaq eləsin".
sonxeber.az