Kanadanın “Busabout” turist şirkəti 2 yeni vakansiya elan edib.
Mynews.az Fins.az-a istinadən xəbər verir ki, saytda bu vakansiyalar “dünyanın ən gözəl işi” kimi təqdim olunub.
Belə ki, “Busabout” brend təmsilçisi və videorejissoru vəzifəsinə müvəqqəti işçi axtarır. Bu işçilər Avropada gəzəcək, oralar haqqında roliklər çəkib sosial şəbəkələrdə bu barədə postlar yazacaqlar.
Brendin səfiri gözəl hekayəçi olmalıdır, səfərləri və macəraları sevməlidir. O həmçinin kamera qarşısında özünü sərbəst aparmalı və kommunikativ bacarıqları ilə fərqlənməlidir. Rejissor həmdə video montajı bacarmalı, kreativ olmalı və turizmi sevməlidir.
Vakansiyalar ilə maraqlnanlar “YouTube”-a özu haqda çəkilmiş 2-3 dəqiqəlik video yükləməlidir. Bu fürsətdən sabaha qədər yararlana bilərsiniz.
Hesab olunur ki, rejissorun və brendin nümayəndəsinin bu səyahət aprel – sentyabr aylarında olacaq. Marşruta İspaniya, Fransa, Almaniya, Polşa və İtaliya kimi ölkələr daxildir. “Busabout” işçilərin qalmaq, yemək və uçuş üçün bütün xərclərini öz üzərinə götürəcək. Layihə bitəndən sonra onların hər ikisinə də ayrıca premiya vəd olunur.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub