Goranboy sakini su quyusu qazarkən qədim əşyalar tapıb. O, əvvəlcə qızıl tapdığını düşünsə də, sonradan tapıntıların mis və gümüş pullar olduğu ortaya çıxıb.
Metbuat.az xəbər verir ki, maraqlı hadisə Goranboyda baş verib. Rayon sakini Vasif Məmmədov həyətinə traktor gətirib qazıntı işi aparan zaman aqreqatın qarşısında qızıla bənzər əşyalar görünüb. Ev sahibi bəxtinin üzünə güldüyünü düşünüb və dərhal işi saxladıb. Həmin ərazini isə özü qazmağa başlayıb. Bu zaman quyudan mis və gümüş pullar çıxıb.
Vasif Məmmədov quyudan tapılan əşyalara marağın böyük olduğunu deyir.
Qohum-əqrəba həmin məkana baxış keçiriblər və ordan digər qiymətli əşyaların çıxacağına ümid edirlər.
Təsərrüfat sahibi indiyədək həyətində bu cür əşyalara rast gəlmədiyini bildirir.//Xezerxeber
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub