Bürclər qadınların xarakteri haqqında ən əsas ipucudur. Kişilər qadınları bürcünə görə tanıya bilir və münasibət qurmaq asan olur.
Qadın bürclərin maraqlı xüsusiyyətlərini təqdim edirik:
Qoç bürcü: Bu bürcün qadınları dürüst, enerjili və dalaşqan olurlar. Çox vaxt yüksək səslə danışırlar. Mənfi tərəfləri ancaq qısqanc və kinli olmasıdır. Hər kəsin onu tərifləməsini istəyir. Onun yanında başqalarını təriflədikdə buna acığı tutur. Bundan başqa, Qoç qadınları evdarlığı yaxşı bacarırlar.
Buğa bürcü: Bu bürcün sahibləri səbirli, ərinin sözünü dinləyən olur. Buğa bürcünün qadınları incəsənət sahəsində daha iddialı olurlar. İnsanlarla səmimi və mehriban davranırlar və ətrafdakılardan da eyni şeyi gözləyirlər. Evini təmiz və səliqəli saxlamaq onun üçün vacib şərtlərdən biridir. Sevdiyi insana olduqca bağlı olur. Buğa bürcünün qadınları nadir hallarda boşanırlar. İnsanlarla yaxşı yola gedə bilirlər.
Əkizlər bürcü: Bu bürcün qadınları tez zamanda dostluq qururlar. Lakin dostluqları uzun müddət davam etdirə bilmirlər. Xarici görünüşlərində tez-tez dəyişiklik etməyi və evin dekorasiyasını tez-tez dəyişdirməyi sevirlər. Gözəl ailə sahibi də olmağı bacarırlar. Ağıllı və savadlı kişi ilə ailə qurmaq istəyər və bundan böyük zövq duyarlar. Gizli eşq məcaraları onları cəzb edir.
Xərçəng bürcü: Bu bürcün qadınları ərlərinə olduqca sadiq olurlar. Xərçəng bürcünün qadınlarının fikrini dəyişmək mümkün deyil. Bundan əlavə, çox savadlı, yüksək intellekt sahibi və gözəl ana olurlar. Ərinə yardım edər və onun hər bir işini dəstəkləyər. Ərinin günahlarını bağışlayırlar. Heç vaxt kiməsə öz fikirləri ilə təzyiq göstərməzlər.
Şir bürcü: Bu bürcdən olan qadınlar çox cəsarətli olurlar. Müzakirə və mübahisə etməyi sevsə də, sevimlidirlər. Mübarizkar və iddialıdır. Evi idarə etməyi bacarırlar. Qəribə olsa da, dünyanı öz qayda-qanunlarına uyğunlaşdırmağa çalışırlar. Heç vaxt etdiyi yaxşılıqların əvəzini gözləməzlər. Sevdiyi insanı həmişə nəzarətdə saxlamaq istəyir. Bacarıqlı və rəhbər qadın olmağı qarşısına məqsəd qoyurlar.
Qız bürcü: Bu bürcün qadınlarının gözündən sevgi işıq saçır və aydın şəkildə hiss olunur. Dürüst və təmiz qəlbli insandır. Çəkingən olduğu üçün sevgisini çox zaman ərinə açıqlaya bilmir. Başqalarına kömək etməyi, gəzib-əylənməyi sevir. Hər şeyi şişirtməyi sevdikləri üçün xırdaçılığa varırlar.
Tərəzi bürcü: Bu bürcün qadınları erkən yaşlarda evlənirlər. Müdrik və nəzakətli xanım olurlar. Sevgi münasibətlərində xüsusi bacarığa malikdirlər. Bundan əlavə, rahatlığı, bahalı geyimləri və gözəl yaşamağı sevirlər. Əri xəyanət etsə də, boşanmağı qətiyyən düşünmürlər.
Əqrəb bürcü: Sevdiyi insana göstərdiyi qayğı və nəvazişin qarşılığını gözləyirlər. Hünərli və qərarlı qadın olurlar. Davranışlarını hər zaman nəzarət altında saxlayır və qüsurlarını gizlətməyə və düzəltməyə çalışırlar. Çox çalışqan və sakit olurlar. Lakin qəflətən sükutu pozub fırtına yarada bilirlər. Əsəbiləşən zaman özlərini idarə edə bilmirlər. Hökm verməyi sevir və başqalarının onları idarə etməyinə heç vaxt icazə vermirlər. İnsanlardan göstərdiyi rəftarın qarşılığını gözləyirlər. Evlərini çox gözəl dekorasiya etməyi bacarırlar. Özlərini və ətrafdakıları sevindirməyi yaxşı bacarırlar.
Oxatan bürcü: Bu qadınlar onlara əmr verənlərlə mübahisə edir və bu kimi davranışları qətiyyən xoşlamırlar. Yaxşı ev qadını və ana olmağı bacarırlar. Sakit, ağıllı, bacarıqlı və istiqanlı insandırlar. Başqalarının işlərinə burun soxmurlar.
Oğlaq bürcü: Bu qadınlar qarşılarına çıxan əngəllərə baxmayaraq, istədiklərini əldə bilirlər. Çalışqan və əzmlidirlər. Şöhrətpərəst və pula hərisli insan olurlar. Erkən evlilik həyatına və dünyaya çox uşaq gətirməyin əleyhinədirlər. İşinə bağlı insanlardır. Dostları çox az olur və sevgiyə o qədər də inamlı olmurlar.
Dolça bürcü: Bu bürcün qadınları adət-ənənələrə sadiq deyillər. Ərindən bezərsə, çox rahatlıqla boşanıb başqasını tapa bilər. Xeyirxah və nəzakətli davranmağı sevirlər. Xəstəliklərə qarşı çox zəif olur. Bu bürcün qadınları çox sosial olur və göstərişi sevirlər. Özünə uyğun insanlarla münasibət qurmağa çalışırlar. Bəzən çox mənasız davransa da, insanların onu başa düşməsini və bağışlamasını tələb edir.
Balıq bürcü: Balıq bürcünün qadınları ərində ağıl, yaraşıq, savad və xarizma axtarır. Olduqca qısqanc və ərinə düşkün qadın olurlar. Həmçinin həyat yoldaşının sözündən çıxmazlar. Ərinə və uşaqlarına qarşı fədakar olur və insanlara qarşı xeyirxah davranmağı sevir. Bəzən çox tərs xarakterlərini nümayiş etdirirlər. Romantikliyi ilə digər bürclərdən çox seçilirlər.