Prokurorluq yoxlama aparır.
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Mülki Aviasiya İdarəsində “xoşbəxtlik mütəxəssisi” ştatı varmış. Mülki Aviasiya İdarəsinin əməkdaşının oğlu olan körpənin işə götürülməsi bütün dünyanı şoka salıb. Belə ki, həmin ştata Məhəmməd əl-Haşimi adlı 8 aylıq körpəni təyin ediblər.
“Arabian Business”in yazdığına görə, Dubay Mülki Aviasiya İdarəsində 8 aylıq körpənin işə götürülməsi prokurorluqda da böyük maraqla qarşılanıb. Məhəmməd əl-Haşimi üçün orijinal post da kəşf ediblər: “Xoşbəxtlik mütəxəssisi”.
Dubay Mülki Aviasiya İdarəsinin əməkdaşının oğlunun işə götürülməsi haqda videosu, hətta sosial şəbəkələrdə də paylaşılıb. Amma istifadəçilərin qəzəbli şərhlərindən sonra tezliklə silinib.
Üstəlik, hal-hazırda Əbu-Dabi prokurorluğu işə qarışıb və “xoşbəxtlik üzrə mütəxəssis” kimi işə götürülməsinin qanuniliyini araşdırmaq üçün xüsusi təhqiqat aparır. (Bizimyol.info)
Публикация от الرمس نت (@alramsnet)
24 Апр 2018 в 5:20 PDT
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub