İsveçlilərin öpüşlə bağlı gözəl bir sözü var: öpüş zəngdir. O, qəlbin nə istədiyini büruzə verir. Qəlbindən onun boynuna sarılıb, dodaqlarından öpmək keçir. Amma o, buna icazə vermir. Və ya... birinci öpüşdən sonra o səndən uzaqlaşmağa başlayıb. Çünki sən yanlış hərəkətlərə yol vermisən. Onun öpüşlərindən həzz alıb, istədiyini etməsini arzulayırsan?
Mynews.az-ın Axşam.az-a istinadən xəbər verir ki, bunun üçün aşağıdakıları addım-addım təkrarlamağınız kifayətdir:
Üzünə toxun
Dodaqlarına yaxınlaşmazdan əvvəl onun üzünü ovucuna al. Barmaqlarınla yanaqlarını və boynunu sığalla. Toxunuşlar olduqcamalıdır ki...
Ovucun içi
Öpüş zamanı barmaqlarınla onun ovucunun içini sığalla. Ovuc içində sinir sistemlərinin ən hissiyyatlı nöqtəsi yerləşir. Onun reaksiyasından doğru öpüb-öpmədiyini anlayacaqsan.
Səhvlər etmə
Sən qarşı tərəfi unutmusan. Bütün hərəkətləri istədiyin kimi edirsən, həzz alırsan və düşünürsən: əgər bu öpüş mənim xoşuma gəlirsə, demək o da razıdır. Amma unutmusan ki, onun düşüncələri və hissləri tamam fərqlidir. O başqa jestlər gözləyir, sənsə ona bunu bəxş etmirsən. Öpüş zamanı arada bir neçə saniyəlik fasilə ver, onun gözlərinə bax. Və ya sakit dayanıb, hər şeyi onun ixtiyarına burax. Bu zaman zərif cinsin nümayəndəsinin nə istədiyini öyrənəcəksən.
Ən əsası
İlk öpüş zamanı yalnız dodaqların incə toxunuşundan istifadə et. Qətiyyən kobudluqdan və dil hərəkətlərindən istifadə etmək olmaz.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub