Uşaqların əhval-ruhiyyəsinə və sağlamlığına təsir edə biləcək çarpayının seçilməsi heç də az əhəmiyyətli məsələ deyil.
Düzgün çarpayı seçimi həm onurğa sütunun normal inkişafına, həm də sinir sisteminə müsbət təsir göstərir. Çarpayının hansı materialdan hazırlanması da böyük əhəmiyyət kəsb edir.
Mynews.az AZƏRTAC-a istinadən bildirir ki, dünyaya yeni gələn körpə üçün seçilən mebel funksiyalı olmaqla yanaşı, körpələrin rahatlıq və əqli inkişafını da təmin etməlidir. Körpə otağındakı ən vacib yer onun yatağıdır. Əksər valideynlər yeni doğulmuş uşaq üçün ortopedik yatağın vacib olduğunu bilmirlər. Ona görə də uşaqlar körpəlikdən narahat yatır, beli, onurğası əyilir, allergiya və bir çox problemlərlə üzləşirlər. Müasir dövrdə uşaqlar üçün hər şey mağazadan alınır və çox vaxt hazır məhsulun materialının təbii olub-olmamasına diqqət yetirilmir.
Uşaq böyüklər kimi yun döşəkdə, nahamar yerdə və toyuq tükündən iri yastıqda yata bilməz. Onların hələ formalaşmamış sümük, onurğa və daxili orqanlarının düzgün yer alması üçün hər bir valideyn övladı doğulandan rahat yataq təşkil etmək qayğısına qalmalıdır. Mütəxəssislərin fikrincə, 3 yaşına kimi körpələr içi təbii materialla doldurulmuş bərk döşəkdə yatmalıdır. 3 yaşından 7 yaşına kimi uşaqlar üçün orta bərklikdə döşək lazımdır, həmçinin uşaq çarpayılarının öz döşəklərində metal detal olmamalıdır. Metal elektrostatik və maqnit təsir göstərir ki, bu da uşaq orqanizmi üçün zərərlidir.Körpələr üçün natural lateks və viskomaterialdan döşəklər uyğundur. Uşaq döşəyi hava almalı, hipoallergen, ortopedik, düzgün ölçüdə, mikrob əleyhinə, keyfiyyətli natural üzlüklə və sərt olmalıdır. Uşağın boyun və başının formasını düzgün alan yastıq da vacibdir. Yeni doğulmuş körpəyə yastıq lazım deyil, onun başının altına bir neçə dəfə qatlanmış bələk qoymaq kifayətdir. Üstünə örtülən material da pambıqdan olmalıdır.
1
İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi - FOTO
974 dəfə oxunub
2
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
935 dəfə oxunub
3
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
927 dəfə oxunub
4
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
925 dəfə oxunub
5
Azərbaycanda alim vəfat etdi
906 dəfə oxunub