Erməni qızı ilə ailə quran İsveç Azərbaycanlıları Federasiyasının rəhbəri Səttar Seviginin bu ölkədəki bahalı villası üzə çıxıb.
Mynews.az-ın publika.az-a istinadən verdiyi xəbərə görə, İsveç Azərbaycanlıları Federasiyasından əldə edilən məlumata görə, villa 10 milyon avro qiymətində dəyərləndirilir.
Hazırda sözügedən villada əslən Cənubi Azərbaycandan olan keçmiş həyat yoldaşı Əfsanə Sevigin yaşayır.
Geniş həyətyanı sahəsi olan sözügedən villa Avropanın ən bahalı regionlarından birində yerləşir.
Onu da bildirək ki, Səttar Sevigin bu villanı Əfsanə Sevigindən boşanandan sonra İsveç bankına 5 milyon avroya girov qoyub. Hazırda bu ödəniş Əfsanə Sevigin tərəfindən ödənilir.
Məsələni dəqiqləşdirmək üçün Əfsanə Seviginlə əlaqə saxlanıb.
O, publika.az-a qısa açıqlamasında faktı təsdiqləyərək, dedi ki, Səttar Sevigin erməni əsilli xanımla ailə həyatı qurub.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub