Hansı yuyucu vasitədən istifadə olunsa da, qara və tünd rəngli geyimlər elə ilk yuyulmada solur. Düzdür, geyimlərin rəngini təzə, canlı tutmaq üçün bir çox kimyəvi üsul var. Təəssüf ki, bu üsullardan istifadə etmək geyimləri daha çox soldura, ya da rəngini dəyişdirə, qarışdıra bilər.
Ancaq Mynews.az-ın ailem.az-a istinadən təqdim etdiyi bu üsuldan istifadə etsəniz, qara paltarlarınızın rəngini qoruyarsınız.
Üsul isə çox sadədir. Sizə yalnız istiot lazım olacaq. Bəli, düz oxudunuz. Yeməklərə qatdığımız qara istiot. Qara paltarlarınızı yumadan əvvəl paltaryuyan maşına bir çay qaşığı istiot tökün. Bu, paltarlarınızın rənginin solmasına mane olacaq, təzə kimi saxlayacaq. Ancaq maşının istilik dərəcəsini mümkün qədər aşağı rejimdə qoyun.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub