Bakıdakı 220 nömrəli məktəb-liseyin IX sinif şagirdi Fuad Qocayev ənənəvi enerji əldə etmək üsulundan fərqli bir metod irəli sürüb.
Mynews.az bildirir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, F.Qocayev yaşayış binalarının ətrafında alternativ enerji mənbələri aşkar etmək üçün itkiyə gedən enerjini akkumlyatorlar vasitəsilə toplamaq üsulu üzərində çalışıb.

Yaşayış binalarının ətrafından keçən yollarda avtomobillərin hərəkətindən alınan mexaniki enerjinin elektrik enerjisinə çevrilməsi və akkumlyatorlar vasitəsilə toplaması üsulu layihənin əsasını təşkil edir. Məktəbli bunun üçün yeni qurğuların hazırlanması, onların fasiləsiz işləməsinin təmin edilməsi, alternativ enerji istehsalı və toplanması üçün təkliflər irəli sürüb. Mütəxəssislər tərəfindən yüksək dəyərləndirilən layihənin uğurlu inkişaf perspektivi üçün müvafiq işlər aparılır.

Qeyd edək ki, "Öz enerjisini özü yaradan evim" adlanan layihənin əsas məqsədi sərf olunan enerji resurslarının tükənməsinin qarşısını almaq, ekoloji tarazlığın qorunmasına töhfə vermək, ətraf mühitdə mümkün qədər daha çox alternativ enerji mənbələri aşkarlamaq, onlardan istifadə yollarını müəyyənləşdirmək və gəncləri bu işə cəlb etməkdən ibarətdir.
1
Sumqayıt qatarının qarşısına qəflətən çıxan gənc öldü
480 dəfə oxunub
2
20 ballıq cərimə limiti artırılır? - VİDEO
472 dəfə oxunub
3
Uşaqlar: "Sizdən Allaha şikayət edəcəyik" - FAKT
434 dəfə oxunub
4
Ali təhsilsiz gəncləri nə gözləyir? - ARAŞDIRMA
428 dəfə oxunub
5
Uşaq və süd: İkisini də qoruyaq?... - ARAŞDIRMA
427 dəfə oxunub