"LUKoyl” şirkətinin prezidenti Azərbaycan əsilli Rusiya milyarderi Vahid Ələkbərovun oğlu Yusif Ələkbərov Rusiya milyarderlərinin ən zəngin varisləri siyahısına başçılıq edir.
Sfera.az xəbər verir ki, "Forbes” jurnalının hesablamasına görə, Vahid Ələkbərovun sərvəti 17 milyard dollardır.
"Forbes” üç ildir ki, Rusiyanın ən varlı varislərinin siyahısını hazırlayır. Siyahı tərtib olunarkən atadan bir uşağa keçən məbləğ hesablanır. Bunun üçün milyarderin sərvəti bir neçə uşağı arasında bölünür. Vahid Ələkbərovun isə tək varisi var.
İkinci yeri isə milyarder Leonid Mixelsonun uşaqları – qızı Viktoriya və 2015-ci ildə doğulmuş oğlu tutur. "Novatek”in sahibinin varisləri 8,9 milyard dollar ala bilər.
Üçüncü yeri 14,5 milyard sərvəti olan "Evroxim”in sahibi Andrey Malniçenkonun uşaqları tutur. Qızı Lara və keçən il doğulmuş oğlu Adrian 7,3 milyard dollar sərvətin sahibi ola bilər.
1
Sumqayıt qatarının qarşısına qəflətən çıxan gənc öldü
480 dəfə oxunub
2
20 ballıq cərimə limiti artırılır? - VİDEO
472 dəfə oxunub
3
Uşaqlar: "Sizdən Allaha şikayət edəcəyik" - FAKT
434 dəfə oxunub
4
Ali təhsilsiz gəncləri nə gözləyir? - ARAŞDIRMA
428 dəfə oxunub
5
Uşaq və süd: İkisini də qoruyaq?... - ARAŞDIRMA
427 dəfə oxunub