Hindistanın qərbində yerləşən Hudcarat ştatında öküzlə inəyin toy mərasimi keçirilib. Lenta.ru saytının xəbərinə görə, mərasimə 27 min dollar vəsait xərclənib. 300 nəfərin qatıldığı tədbir bütün dünyanın diqqət mərkəzində olub.
Mynews.az lent.az-a istinadən bildirir ki, heyvanların sahibləri təmtəraqlı tədbir keçirməklə sözügedən heyvanların Hindistan mədəniyyəti və insanları arasıında mühüm rolu olduğunu qabartmağa çalışıblar. Arcun ləqəbli "bəy" və Punam ləqəbli "gəlin"i isə mərasimə xüsusi avtmobillə gətiriblər. Sahibinin sözlərinə görə, inəyinə doğma qızı kimi yanaşır: "Mən 30 ildən artıqdır ki, inəklərlə yaşayıram. Ona görə də heyvanların gerçəkdən nəyə layiq olduğunu məndən yaxşı bilən yoxdur".
Tədbir hind ritualları ilə keçirilib. Daha öncə Amerikanın Uttar-Pradeş ştatında iki itin toy mərasimi keçirilib. 5 min qonağın dəvət olunduğu mərasimdə eyni zamanda dicey də çıxış edib, toydan sonra isə heyvanlar xüsusi bəzədilmiş maşında evlərinə aparılıblar.
İnək Hindistanda müqəddəs heyvan hesab olunur. Hindistan ərazisinin böyük hissəsində onların öldürülməsi qadağan olunub.
1
İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi - FOTO
1004 dəfə oxunub
2
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
967 dəfə oxunub
3
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
959 dəfə oxunub
4
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
957 dəfə oxunub
5
Azərbaycanda alim vəfat etdi
935 dəfə oxunub