Goranboy sakini 24 yaşlı bərbər Afiq İskəndərov digər həmkarlarından fərqlənir.
7 ildən artıqdır bu peşə ilə məşğul olan Afiq İsgəndərov müştərilərin saçını gözü bağlı kəsir.
Bir ildən artıqdır qeyri-adi bacarığını təkmilləşdirən goranboylu usta bölgədə bir ilk reallaşdırdığını deyir. Hətta o qədər iddialıdır ki, gözlərini müştəriyə bağlatdırır.
Gənc bərbər müştərinin saçını kəsərkən əlləri ilə onu hiss etdiyini və formanı ona uyğun müəyyənləşdirdiyini deyir. Həm qayçı, həm də maşınla rahat işləyən usta ilk vaxtlar kiçik iş qəzaları da keçirib, əl ayağını yaraladığını bildirir.
Bərbərin gözlərini bağlayıb ondan uyğun saç stilini tələb edənlər də nəticədə razı qalırlar.
Afiq İskəndərov maraqlı bacarığını bərbərlər arasında keçirlən hər hansı yarışmada nümayiş etdirmək fikirindədir.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub