Təhsil infrastrukturunun vacib komponentlərindən biri də yataqxana şəbəkəsidir. Bu cür şəbəkəyə malik olmadan keyfiyyətli təhsilalma imkanları məhdudlaşır. Azərbaycan universitetlərinin mövcud yataqxana kompleksinin bütövlükdə infrastrukturu köhnəlib və ya bəlli səbəblərdən təyinatı üzrə fəaliyyət göstərmir. Bu problem ali təhsil müəssisələri qarşısında çox kəskin dayandığından yeni yataqxana komplekslərinin tikintisi zərurəti meydana gəlib.
BAKU.WS xəbər verir ki, elə bu zərurətdən 2015-ci ildə Təhsil Nazirliyinin təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) balansında olan ərazidə tələbələr üçün yataqxana kompleksinin tikintisinə başlanılıb.
Ən müasir standartlara uyğun inşa olunan yataqxanada yalnız ADNSU-nun tələbələri deyil, Bakıda yerləşən digər ali məktəblərdə təhsil alan və yataqxanaya ehtiyacı olan tələbələr müvafiq kvotaya əsasən yerləşmək imkanı qazanacaqlar. Yataqxana binası 800 nəfərə yaxın tələbə, həmçinin 30-dan çox müəllim üçün nəzərdə tutulub.
0,8 hektar ərazini əhatə edən yataqxana binasının ümumi sahəsi 21 min kvadrat metrdən çoxdur.
Binada kitabxana, oxu zalı, istirahət otaqları, camaşırxana, yeməkxana, fitnes zalı da fəaliyyət göstərəcək.
Yataqxananın növbəti tədris ilində istifadəyə verilməsi nəzərdə tutulub.











1
Sumqayıt qatarının qarşısına qəflətən çıxan gənc öldü
480 dəfə oxunub
2
20 ballıq cərimə limiti artırılır? - VİDEO
472 dəfə oxunub
3
Uşaqlar: "Sizdən Allaha şikayət edəcəyik" - FAKT
434 dəfə oxunub
4
Ali təhsilsiz gəncləri nə gözləyir? - ARAŞDIRMA
428 dəfə oxunub
5
Uşaq və süd: İkisini də qoruyaq?... - ARAŞDIRMA
427 dəfə oxunub