ABŞ-da yaşayan Vinni Oh adlı gənc yadplanetlilərə bənzəmək üçün indiyə qədər külli miqdarda pul xərcləyib.
Metbuat.az-ın məlumatına görə, 23 yaşlı gəncin son istəyi isə həkimləri də şoka salıb. O, yadplanetlilərin cinsiyyətsiz olduğunu güman edərək, özünü bu tərzdə də onlara oxşatmaq istəyib. Lakin tibb işçiləri cinsiyyətsiz yaşamağın zərərli ola biləcəyini güman edərək, Vinniyi əməliyyat etməkdən imtina edib.
Onlar hesab edir ki, belə bir təcrübə bu günə qədər yaşanmayıb. Bu üzdən insanı cinsindən məhrum etmək fəsadlar törədə bilər.