Günəşin ultrabənövşəyi (UB) şüalarına uzun müddət məruz qalmaq gözün torlu qişasının zədələnməsinə və katarakt (mirvari suyu) kimi göz problemlərinə səbəb ola bilər. Bunun baş verməməsi üçün gün eynəklərindən istifadə etmək mütləqdir. Lakin gün eynəyi taxmaq çox böyük diqqət tələb edir.
Azərbaycan Tibb Universitetinin (ATU) mətbuat xidmətindən Milli.Az-a verilən xəbərə görə, keyfiyyətsiz, UB şüaları keçirən şüşədən hazırlanmış gün eynəyi istifadə edildiyi zaman göz bəbəkləri böyüyür. Tünd şüşələr gözün təbii qorunma mexanizmini (bəbəyin parlaq işığa reaksiyası) pozur, lakin qoruya bilmir. Bu da zərərli şüaların gözə daha çox daxil olaraq torlu qişada zədələyici təsir yaratmasına səbəb olur. Uzun müddət ərzində gözdə miopiya, astiqmatizm, hətta iki göz arasında əlaqənin zəifləməsi və ikili görmə yarana bilər.
Gün eynəyi seçərkən diqqət edilməli məqamlar var. Belə ki, ilk olaraq eynəyi taxdığınızda bulanıq görürsünüzsə, şüşəsinin keyfiyyətsiz olduğundan əmin ola bilərsiniz. Üz quruluşuna uyğun eynək seçilməsi tövsiyə olunur. Çünki eynək üz quruluşuna tam uyğun gəlmədiyi halda gözünüz yan tərəflərdən günəşin zərərli şüalarına məruz qala bilər. Eynəyin şüşəsinin rənginin hər tərəfində eyni olmasına diqqət edilməlidir. Eynəyi taxdığınız zaman qarşı tərəfdə duran şəxs gözlərinizi görürsə demək ki, şüşəsi kifayət qədər tünd deyil.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub