"Game of Thrones" ( Taxt oyunları ) serialının aktyoru Thor Bjornsson paylaşımına görə ələ salınıb.
Aktyorun sevgilisi ilə birlikdə çəkdirdiyi şəkillər sosial şəbəkədə "trollanıb".
İzləyicilər aktyorun sevgilisinin ondan boyca balaca olduğuna işarə edərək cütlüyü təhqir ediblər. Fotolara "yarın boydadır", "ayağın boydadır", "yaraşmırsınız" kimi şərhlər yazılıb.
Aktyor isə onu tənqid edənlərə səslənərək klaviatura arxasında cəsarətli olmağa deyil, bacarsalar, söyüşləri onun üzünə deməyə çağırıb.
"Real həyatda qarşıma çıxıb məni təhqir edən olmayıb. Amma sosial şəbəkələrdə məni təhqir edirlər. Siz sadəcə "klaviatura şir"lərisiniz. Bununla əlinizə nə keçir? Sözünüz varsa üzümə deyin".

milli.az
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub