Evdə dondurma hazırlamaq qaydası

980
Evdə dondurma hazırlamaq qaydası

Havalar isindikcə soyuq təamlara ehtiyac duyulur. Dondurmalar isə yayın əvəzolunmaz dadlarından ən çox sevilənidir.

Mynews.az axşam.az-a istinadən  dondurmanın hazırlanma qaydasını təqdim edir:

Çiyələkli dondurma

Ərzaqlar:

500 qram çiyələk

300 qram şəkər tozu

2 stəkan su

1 ədəd limon suyu

Hazırlanması:

Çiyələkləri bir qaba qoyub üzərinə 1 ədəd limon suyu əlavə edin. Şəkər tozunun içinə su tökərək qaynadın. Soyuduqdan sonra çiyələklərlə bir yerdə qarışdırın. Qarışımı buz qəliblərinə qoyun və soyuducuya qoyaraq donmasını gözləyin.

***

Qaymaqlı vanilli dondurma

Ərzaqlar:

2 stəkan süd

2 stəkan qaymaq

5 iri yumurta sarısı (yumurtalar balacadırsa, 6 yumurta sarısı istifadə edin)

3/4 stəkan şəkər tozu

2 çay qaşığı vanil ekstaktı (pure vanilla extract)

Hazırlanması: 

Südü və qaymağı qazana qoyub orta xodda qaynadın. İri qabda yumurta sarısı və şəkər tozunu mikserlə çalın. Qaynatdığınız süd-qaymağın az hissəsini yavaş-yavaş yumurtalı qarışığa əlavə edib qaşıqla dəyanmadan qarışdırın ki, yumurta  bişməsin. Sonra qalan qaynar süd-qaymağı da tədricən yumurtaya əlavə edib qarışdırın. Alınan qarışığı orta xodda taxta qaşıqla dəyanmadan qarışdıra-qarışdıra kütlə bir az qatılaşanadək bişirin. İri, soyuğa dayanaqlı bir qabın üstünə süzgəc qoyun. Südlü qarışığı süzgəcdən keçirmək şərtilə qaba boşaldın. Vanili də əlavə edin. Qabı soyuducuya qoyun ki, dondurma tamamilə soyusun. Təxminən 45 dəqiqə sonra çıxardıb, ya mikserlə ya da qaşıqla yenidən bərk-bərk çalın. Dondurmanı buzluğa geri qoyun. Bundan sonra iki dəfə hər 30 dəqiqədən bir eyni addımı təkrarlayın. Bu addım ona görə lazımdır ki, dondurma buz bağlamasın və daha qaymaqlı olsun. Dondurma hazırdır.

Xəbər lenti