Dahi Şərq alim və həkimi İbn Sina (Avisenna) ürəyi bədənin əsas orqanı hesab edirdi.
Alimin fikrinə görə, ürəyə ziyan vuran əsas amillər bunlardır: çətinləşmiş nəfəsalma, iztirablar, sarsıntılar, ümidsizlik, yuxusuzluq və gərgin fasiləsiz iş.
İbn Sinanın ürəyin sağlamlığını qorumaq üçün verdiyi tövsiyələr bu gün də çox aktualdır. Milli.Az saglamolun.az-a istinadən dahi alimin bəzi məsləhətləri ilə sizi tanış edir.
1. Fiziki aktivliklə məşğul olun. Lakin bu aktivlik çox gərgin deyil, orta olmalıdır.
Müasir araşdırmalar da göstərir ki, ağır idman növləri ilə məşğul olmaq, uzunmüddətli ağır məşqlər ürək və damarlara ziyan vurur, əksinə isə daha sadə fiziki aktivlik (piyada gəzmək, üzgüçülük, velosiped sürmək və s.) ürək və damarların sağlamlığını qoruyur.
2. Sevin.
İbn Sina sevgini ürəyin sağlamlığı üçün çox vacib hesab edirdi.
3. Yüngül yeməklərə üstünlük verin, çox yeməyin.
4. Hil, gizilgül suyu, alma, limon ürəyə fayda verir.
5. Güllərin, xüsusilə qızılgülün qoxusu ürəyi möhkəmləndirir.
6. Qızıl, gümüş, yaqut, firüzə, kəhrəba, mirvari ürəyə güc verir.
7. İpəkdən olan paltarlara üstünlük verin.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub