"Ən böyük arzusu şokolad magazası açmaq idi" Dünya liderlərinin uşaqlıq illəri necə keçib?

1079
"Ən böyük arzusu şokolad magazası açmaq idi" Dünya liderlərinin uşaqlıq illəri necə keçib?

"Əgər qırx yaşına qədər insanın mənzilini uşaq səsləri başına götürmürsə, oraya kabuslar və dəhşətlər təşrif gətirir” (Məhəmməd Peyğəmbər).

Ulu Öndər Heydər Əliyev deyərdi ki, hər bir xalqın, dövlətin ən böyük və qiymətli sərvəti uşaqlardır. Uşağı sağlam, cəmiyyətə faydalı vətəndaş kimi böyütmək çətin və məsuliyyətli, mənəvi qüvvə tələb edən bir işdir. 

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Ötən əsrin 50-ci ilində BMT-nin qərarı ilə hər il 1 iyun Beynəlxalq Uşaqlar Günü kimi qeyd olunur.

Azxeber.com Azər Niftiyevin təqdimatında Prezidentlərin uşaqlıq illəri ilə bağlı araşdırma aparıb.

Azərbaycan prezidenti İlham Əliyev Səbail rayonunda anadan olub. 

"Sahil” metrostansiyasının yaxınlığında yerləşən, hazırda Ulu Öndər Heydər Əliyevin və xanımı Zərifə Əliyevanın büstləri qoyulan binada uşaqlıq illərini keçirən Prezidentin qonşusu Natəvan Xaliqova mətbuata açıqlamasında bildirir ki, İlham Əliyev çox ürəyitəmiz, saf və tərbiyəli idi: "Düzdür, onu həyətdə az-az görürdük, çox vaxt evdə dərslə məşğul olardı. 6 nömrəli məktəbdə oxuyurdu. Arıq və ucaboy oğlan idi. Həmişə sadə, amma səliqəli və təmiz geyinirdi”.

Digər qonşularının dediyinə görə, İlham Əliyev intizamlı və cəsarətli uşaq olub. Heç kimin qəlbinə dəyməzmiş. Atası Ulu Öndər Heydər Əliyev yüksək dövlət vəzifəsində çalışsa da, o heç zaman bunu hiss etdirməzmiş. 

Prezidentin özü uşaqları çox sevir. Onun "Məni təsirləndirən səhnə uşaqlarla görüş zamanı oldu. Onlar mənə yaxınlaşdılar və biri qayıtdı ki, mən sizi tanıyıram, siz Heydər babanın oğlusunuz. Çox xoş anlar yaşadım, mən uşaqları sevirəm, onlar bizim gələcəyimizdir”.


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan elə uşaq yaşlarından iddialı olub. 

Siirt vilayətinə səfəri zamanı ona yaxınlaşan uşaqlarla söhbət edərkən Ərdoğan uşaqlığı ilə bağlı eksklüziv açıqlamalar verib: "Mən burada bizim uşaqları görüb, fəxr edirəm. Çox safdırlar, gözəldirlər, əxlaqladırlar. Sizə bir sirr açım. Mənim uşaqlıq arzum prezident olmaq idi. Amma bu asan olmur. Bunun üçün çox çalışmaq lazımdır. Mən özüm bu istəyimi həyata keçirmək üçün çox çətinliklərdən keçmişəm. Əsas odur bir şeyi istəyəsən və bunun uğrunda əzmlə mübarizə aparasan”.


Rusiya prezidenti Vladimir Putin sadə ailədə dünyaya göz açıb və çox dəcəl uşaq olub.

O, xatirələrində uşaqlıq illərini belə təsvir edir: "Mən sadə ailədə doğulmuşam. Sadə həyat tərzi mənim ömrümün uzun illərini təşkil edib. Mən bu gün də o həyat tərzi ilə əlaqəmi kəsmirəm. Məktəb illərində çox dəcəl olmuşam. İlk vaxtlar oxumağa marağım olmasa da, lakin, çox güclü yaddaşım var idi. Həmçinin idmana da xüsusi marağım vardı. Məhz bu uşaqlıq marağını sonradan davam etdirib, peşəkar idmanla məşğul oldum”.


Ukrayna prezidenti Pyotr Poroşenkonun ən böyük arzusu konfet mağazası açmaq idi və o bu istəyinə artıqlaması ilə nail olaraq, şirniyyat nəhəngi - "Roşen”i yaradıb.

Onunla bir partada əyləşən Lüdmila deyir ki, Poroşenko həmişə qızları şirniyyata qonaq edərmiş: "Normal oxuyub. Belə deyək, əlaçı olmasa da, Petya əsasən 5 alırdı. Pyotr məni və digər qızları tez-tez evlərinə qədər ötürərdi. Həmişə çanta daşımağa yardım edərdi. Həm də çox güclü idmançı idi. Həddindən artıq cəld idi. Bu xüsusiyyətləri onu qızların sevimlisinə çevirmişdi. Adətən idmançılar özündən razı olur. Petyada isə bunun tamam əksi idi”.


ABŞ prezidenti Donald Tramp Nyu-York ştatının Kuins şəhərində anadan olub və uşaqlığı bu şəhərdə keçib:

Dostlarının dediyinə görə, Trampın valideynləri onu yönəltmək üçün internata göndəriblər: "Uşaq vaxtı çox çılğın idi. Davakar idi, valideynləri onun enerjisini düzgün qiymətləndirmək üçün Donaldı Nyu-York Hərbi Akademiyası adlı özəl internat məktəbə göndərirlər. Əsas müsbət keyfiyyətləri burada qazanan Tramp özü mətbuata açıqlamasında deyir ki, bu məktəb onun həyatında misilsiz rola malik olur”.

Fransa prezidenti Emmanuel Makron dünyanın ən gənc dövlət başçılarındandır. 41 yaşlı prezident Amyendə anadan olub.

Rəsmi bioqrafiyasında qeyd olunur ki, gələcək prezidentin hər iki valideyni həkimdir və professor elmi dərəcəsinə yiyələnib.

Emmanuelin özü isə faktiki olaraq kitablara, klassik musiqiyə və fortepianoya maraq aşılayan nənəsi Manet (Manette) tərəfindən yetişdirildiyini bildirib. "Ölümünə kimi nənəmlə çox yaxın olmuşam. O, kollec direktoru idi. Əqidə və siyasi baxışlarımın mənbəyi varsa, onda həmin mənbə odur”, - Makron öz bioqrafiyasında yazıb.

Emmanuel təbiəti etibarilə bacarıqlı oğlan olub. Sinifdə həmişə birinci olub, həm aktyorluq, həm musiqi nominasiyalarında mükafatları eyni şəkildə asanlıqla qazanıb, yaşıdlarındansa, müəllimlərinin çevrəsində olmağa üstünlük verib ki, bu da onun şəxsi həyatında öz əksini tapıb.

 

Xəbər lenti