Yapon xalqının xoşbəxtlik RESEPTİ Vabi-sabi təliminin altında nələr yatır? - FOTOLAR

695
Yapon xalqının xoşbəxtlik RESEPTİ Vabi-sabi təliminin altında nələr yatır? - FOTOLAR

Yapon xalqı mehriban, nəzakətli və inanılmaz dərəcədə zəhmətkeşdir. Yaponlar hətta ən xırda məsələlərdə gözəllik axtarır və istənilən vəziyyətdə həyatdan zövq almağı bacarırlar. Yapon xalqı bunu bütün dünyada məşhur olan yoqa və meditasiyalarına borcludur. Yaponlar meditasiya ilə nəinki özləri məşğul olur, eyni zaman onu dünyada təbliğ etməyə, yaymağa çalışır. Hətta bu ölkəyə gələn həvəskar səyahətçilərdən bəziləri bir müddət yapon monastırlarda qalır və rahiblərlə səylə eyni meditasiya edir.

Xüsusilə vabi-abi təlimi son illərdə çox məşhurdur. Yeri gəlmişkən qeyd edək ki, 2017-ci ildə həyat tərzi ilə bağlı ən dəbdə olan söz vabi-sabidir. Bəs yapon ənənəsindən qaynaqlanan vabi-sabi təlimi nədir və onun altında nələr yatır?

Dünyanın müxtəlif ölkələrində çoxları artıq həyata yeni baxışı aşılayan yapon fəlsəfəsini öyrənməyə çalışır. Biz də onlardan geri qalmamaq üçün oxucuları bu yazıda vabi-sabi həyat fəlsəfəsinin əsas xüsusiyyətləri və insanların həyatındakı rolundan danışmışıq.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, vabi-sabi yapon incəsənətinin bir qolu olub, ətraf aləmdəki natamamlıqla harmoniya yaratmaq deməkdir.

Xyuqqe

XXI əsrdə dünyanın ən böyük şəhərlərinin sakinlərini narahat edən əsas problemlərdən biri də daxili balansı yaratmaq, stressdən qurtulmaq və həyatdan zövq alaraq yaşamağın yollarını tapmaqdır. Uzun illərdir ki, insanlar sadaladığımız məsələlərdə çıxış yolunu yoqa və müxtəlif meditasiyalarda görürdü. Lakin hər dövrün öz qayda-qanunları və tələbləri olduğunu unutmaq olmaz. Məsələn, 2016-ci ildə KİV və sosial şəbəkələrin sayəsində hər kəs xyuqqe haqqında müəyyən qədər məlumat topladı. Bu barədə #hugge həştəqlərinin populyarlığı da bir daha göstərir ki, Skandinaviyasayağı həyat tərzi çoxlarının ürəyincə olub.

Yeri gəlmişkən, bu təlim firavan və xoşbəxt Skandinaviya ölkələrinə addir. Xyuqqe sözünün dəqiq tərcüməsi yoxdur, lakin əhəmiyyətinə görə rifah və rahatlıq mənasını verir. Xyuqqe - səmimi ab-hava yaratmaq, doğmaların ilə keçirdiyin vaxtdan və həyatdan zövq almaq, daha dəqiq desək, sevdiyiniz insanlarla intim şəraitdə vaxt keçirmək deməkdir.

Müxtəlif ölkələrin vətəndaşları soyuq qış gecələrində, şam işığında əllərinə gözəl fincanda isti şokoladlarını alaraq kaminin yanında əyləşib şaxtanın pəncərədə buraxdığı izlərə baxmaq kimi ümumi sevgi ətrafında birləşdi.

Amma 2017 vabi-sabi ilidir. Zənginlər və məşhurlar harmoniyada yaşamağın yollarını izah edən yapon sənətinə sevgisini etiraf edib. Xüsusilə, hollivud aktrisası Cessika Alba və tvitterin qurucusu Cek Dorsi yeni trendin pərəstişkarları arasındadır.

Vabi-sabi nədir və niyə onu öyrənmək lazımdır?

Vabi-sabi yaponlara xas olan estetik dünyagörüşünün xarakteristikasıdır. Termin iki sözdən ibarətdir. Vabi - iddiasız olan sadəlik, sabi isə keçmişin çöküşü, tənhalıqla barışmaq anlamındadır.

Vabi təvazökarlıq, parıltısız həyat tərzi, tənhalıq, eyni zamanda daxili güclə assosiasiya olunur. Sabini isə arxaizm, orijinallıq və təbiilik kimi ifadə etmək olar.

Vabi-sabi qüsurda, mükəmməl olmayanda gözəllik axtarışları və başqalarının görə bilmədiyi gözəlliyi görə bilmək bacarığıdır. Hansı ki, onun dəbdəbə və bəzəyə ehtiyacı yoxdur. Başqa sözlə, “Hər şərdə bir xeyir var” məsəli ilə səciyyələndirmək olar.

Bu dünyagörüşü qərbdə adət etdiyimiz yunan və kamil gözəllik ideallarından deyil, yapon estetikasının dəyərlərinə söykənir. Vabi-sabi həyat tərzi 3 əsas yolu təbliğ edir: əbədi heç nə yoxdur, heç nə bitməyib, heç nə mükəmməl deyil.

Vabi-sabi şəkillərdə

İnstaqramda 160 mindən çox istifadəçi “Yüz dəfə eşitməkdənsə, bəzən bir dəfə görmək daha yaxşıdır” qeydini #wabisabi həştəqi altında paylaşıb. Sosial şəbəkədə ən çox paylaşılan fotoları təqdim edirik.

Hər qüsurda gözəlliyi görməyi bacarmaq vacibdir.

Rahat nəfəs aldığınız, dinclik gətirən qədim yerləri ziyarət etmək lazımdır.

Təbii dəyişkənlik və təbii uyğunsuzluq vabi-sabinin qiymətləndirməyi öyrətdiyi natamam gözəlliyin bir hissəsidir.

Ev hər hansı əlavə bərbəzəyə ehtiyac duymadan sadə olmalıdır. Lakin sevdiyiniz əşyalara, məsələn, kitablara mütləq xüsusi yer ayırmaq lazımdır.

Qeyri-mütənasiblik nöqsan sayılmır.

Təbiətdəki gözəlliyə hətta adi gəzinti zamanı diqqət yetirmək lazımdır.

Sadə, amma faydalı qidaları qiymətləndirmək vabi-sabi təlimi tərəfdarlarının məcburi vərdişidir.

Bu, nə üçün lazımdır?

Endryu Cunniper “Yaponiya incəsənəti sistemsizliyi" (In Wabi Sabi: The Japanese Art of Impermanence) kitabında vabi-sabinin müasir qərb insanına nə üçün lazım olduğu barədə ətraflı izahını verib: “Bu, sınmış vazanı, yağışlı havanı, ümumiyyətlə, əbədi olmayan hər şeyin qədrini bilməyə dəvət edən çağırışdır. Vabi-sabi tez dəyişən və kütləvilik üçün istiqamətləndirilmiş bugünkü dünyaya alternativdir. Bu təlim bizə rahatlığı və xoşbəxtliyi sadə və bizi əhatə edən şeylərdə, axtarmaq lazım olduğunu xatırladır”.

Bloger və yazıçı Starre Vartan vabi-sabi izahını daha geniş tamamlayıb. Onun sözlərinə görə, biz artıq əlimizdə olan əşyaların qədrini bilsək və sevməyi öyrənsək, onda əlavə pul xərcləməyə ehtiyac qalmayacaq. Bu, istehlakın azalmasına, şəxsi büdcəyə qənaətə və nəticə etibarı ilə ekologiyaya çox fayda gətirəcək. Həmçinin stressin səviyyəsi də aşağı düşəcək.

Vabi-sabinin iqtisadiyyatda rolu

Vabi-sabi fəlsəfəsi əsasən biznes mühitində mükəmməl alət kimi çıxış edə bilər. Çox zaman aşırı mükəmməllik, mükəmməlliyi məhv edir. Vabi-sabi adlanan yapon fəlsəfəsinin əsas postulatlarından biri də bu haqdadır: Əsil mükəmməllik məhz təbii olmaqdır. Biznesdə, şəxsi həyatda və cəmiyyətdə də belədir.

Vabi-Sabi nəzəriyyəsinə görə, sadəlik və gözəllik sinonim sözlərdir. Ümumiyyətlə, biznesdə, marketinqdə uğur qazanmaq üçün hər şeyi maksimum sadələşdirmək lazımdır. Lakin sadəlik heç də boşluq deyil. Əslində sadəliyin özü belə incəsənət əsəri kimi əlçatmaz olmalıdır.

Heç vaxt nəyisə həyata keçirməkdən imtina etməyin. Biznesdə, marketinqdə kompleksli adamlara yer yoxdur. Gördüyünüz işləri ürəkli müzakirələrə çıxarın və tənqidə açıq olun.

Xəbər lenti