Rusiyalı model Ancelika Protodyakonova qaşları ilə diqqət çəkir.
21 yaşlı model qaşlarının formasını "Angry birds" oyun personajından ilhamlanıb. Əslində onun qaşları qalın olub və əvvəllər buna görə utanıb.
Ancaq daha sonra insanların bunu pis qarşılamadığını görərək, qaşların daha qalınlaşdırıb və bütün alnını qaşdan ibarət edib. "İnstagram" sosial şəbəkəsində yerləşdirdiyi şəkilləri ilə də tezliklə insanların diqqətini cəlb edib və özünə 90 min daimi izləyici toplayıb. Hazırda bir çox məhsulun reklamı üçün ona müraciət edirlər.
Ümumiyyətlə, fərqli qaş formasına sahib olmaq son zamanların dəbidir. ABŞ-da yaşayan Cənubi Kipr Respublikasından olan Sofiya Hadjipanteli də qalın qaşları ilə diqqət çəkir. Hətta qaşlarına görə ölümlə hədələndiyini bildirir. Digər bir "İnstagram" fenomeni Hanna Layn alnına doğru uzatdığı oval şəkilli qaşları ilə bütün diqqətləri üzərinə çəkir.


minval
1
Dron məktəbin yaxınlığına belə düşüb - Həmin anın videosu
1547 dəfə oxunub
2
İran Naxçıvana 4 dron yönləndirib - MN
1496 dəfə oxunub
3
İranın dron hücumları nəticəsində xəsarət alanlarıən sayı artdı
1491 dəfə oxunub
4
Prezidentin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
1481 dəfə oxunub
5
Nazirlər Kabineti İranla bağlı qərar verdi
1480 dəfə oxunub