Uşaqlarınızda diqqət dağınıqlığı varsa...

698
Uşaqlarınızda diqqət dağınıqlığı varsa...

Azyaşlı və ibtidai sinifdə oxuyan uşaqlarınızda diqqət çatışmazlığı varsa bu zaman siz uşaqlarınızın davranışlarını nəzarət altında saxlamalısınız.Bu ən çox hiperaktiv uşaqlarda baş verir ki,bu uşaqlarda davranış pozğunluğu kimi qeyd edilir.Belə uşaqlarda aşağıdkı əlamətlər olur:
- sual verildiyində sonuna qədər qulaq asmadan cavablandırırlar
- oturmaq qabiliyyətləri olmur
- sakit dura bilməzlər
- düşünmədən hərəkət edərlər
- yaddaşları zəif olur
- qarşısındakına sonuna qədər qulaq asmazlar
- daima bir işlə məşğul olarlar
- hövsələləri olmaz
Milli.Az immunitet.az-a istinadən bildirir ki, əslində sadalnan əlamətlər sağlam uşaqlarda da baş verə bilər.Bu səbəbdən də hieraktiv diaqnozunu uşaqlara pediatrlarla nervpatoloqlar birgə qoyurlar.
Diqqətsizlik uşaqların 8-10%-də rast gəlinən problemdir.
Hiperaktivlik beyn toxumasında kimyəvi dəyişkənliklər olan uşaqlarda müşahidə edilir.Son illərin araşdırmaları hiperaktiv uşaqların beyninin sağlam uşaq beynindən kiçik oldğu müşahidə edilmişdir.Araşdırmalar hiperaktiv uşaqların 25%-nin birinci dərəcəli qohumlarında da bu əlamətlərin olduğu sübut edilmişdir.Bəzi mütəxəssislər hiperaktiv və diqqət dağınıqlığını hamiləlik və ya doğuş zamanı baş verən patologiyalara əlaqələndirirlər.Bəzi hallarda isə hiperaktivliyin ətraf mühit faktoru ilə əlaqədar olduğu barədə də fikirlər söyləniılir.Belə ki,bəzi mütəxəssislər hamiləlik zamanı spirtli içki qəbulunun,keyfiyyətsiz qidalanmanın,kimyəvi zəhərlənməyə məruz qalmanın və dərman qəbulunun da doğulacaq körpənin beyninə təsir etməsiylə əlaqədar olaraq körpənin hiperaktiv və diqqət pozğunluğu ilə dünyaya gəlməsinə səbəb olur.

Xəbər lenti