Britaniya alimləri aşkar ediblər ki, siqaretçəkmə korluğun yaranmasına səbəb ola bilər.
Mynews.az AZƏRTAC-a istinadən bildirir ki, statistikaya görə, siqaretçəkənlər bu zərərli vərdişdən asılı olmayan adamlarla müqayisədə görmə qabiliyyətini dörd dəfə çox itirirlər.
Tütün tüstüsündəki çoxsaylı kimyəvi komponentlər göz üçün təhlükə yaradır. Onlar gözdə bioloji dəyişikliyə mənfi təsir göstərir. Tədqiqata görə, siqaretçəkənlərdə katarakta tutulma üç dəfə, treoid oftalmopatiya riski səkkiz dəfə yüksəkdir. Həmçinin onlarda quru göz sindromunun yaranma ehtimalı çoxalır. Nikotin insanın rəng duyumuna da mənfi təsir göstərir. Gündə bir qutudan çox siqaretçəkən adamın yaşıl və qırmızı çalarları ayırd etməsində problem ola bilər. Tütün məmulatından tam imtina etdikdən sonra insanın görmə kanalının tam bərpası üçün ən azı on il vaxt lazım olur.
1
Sumqayıt qatarının qarşısına qəflətən çıxan gənc öldü
480 dəfə oxunub
2
20 ballıq cərimə limiti artırılır? - VİDEO
472 dəfə oxunub
3
Uşaqlar: "Sizdən Allaha şikayət edəcəyik" - FAKT
434 dəfə oxunub
4
Ali təhsilsiz gəncləri nə gözləyir? - ARAŞDIRMA
428 dəfə oxunub
5
Uşaq və süd: İkisini də qoruyaq?... - ARAŞDIRMA
427 dəfə oxunub