“Ölkə.Az” xəbər verir ki, üzünü gizlədən və səsini dəyişən Oliver 6491-ci ildən keçmişə gəldiyini bildirib.
Ceyms bir çox məqamlar barədə xəbər verib. O, bildirib ki, Yelloustoun vulkanı aktivləşəcək və püskürərək ABŞ-ı 5 il müddətinə iflic edəcək. Vulkan atmosferə kül və zəhərli maddə püskürəcək. Ceyms dəqiq tarix göstərməsə də, bunun iki yüz il ərzində baş verəcəyini deyib.
Gələcəkdən gəldiyini iddia edən səyyah bildirib ki, Günəş sistemindən kənarda mövcud olan bir planetdən gəlib. Ceyms planet haqqında və kosmik gəmisinin necə işləməsi barədə dəqiq məlumat verməyib. Sadəcə bildirib ki, gəmi xarab olub və onun dalınca xilasedici komanda gələcək.
Amma səyyaha inanmayıb onu yalançı adlandıranlar da olub. Bununla belə, Oliver yalan detektorundan keçirilib. Məlum olub ki, sualların hamısına düzgün cavab verib.
“Mənim planetim Günəşdən sonra yerləşir. Bu səbəbdən dövr etməsi üçün uzun müddət lazımdır. Bizim planetdə il sizdən daha uzundur. Biz hər gün yeni planet və qalaktikalar kəşf edirik. Onlardan bir çoxu boşdur. Amma bəzən canlı həyat olan planetlərə də rast gəlmək olur. Siz də yeni planetlər kəşf edəcəksiniz”, - deyə Oliver bildirib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub