Bakıda ərinin dostunu bıçaqlamaqda təqsirli bilinən Gülnar Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Mynews.az-ın məlumatına görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəkər Məmmədovanın sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə Gülnar Məmmədovanın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib.
O, 2 il sınaq müddəti olmaqla şərti cəza alıb.
İstintaq dövründə həbs edilməyən Gülnar Məmmədova məhkəmədən sərbəst buraxılıb.
İttihama görə, 2017-ci il sentyabrın 26-da Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində evlərdən birində yaşayan Gülnar Məmmədova aralarında yaranmış mübahisə zəminində ərinin tanışı, Azad Quliyevi bıçaqlayıb.
Qadın evinə gələn qonağı bıçaqladıqdan sonra təcili tibbi yardıma zəng edib.
Dərhal xəstəxanaya çatdırılan Azad Quliyev əməliyyat olunub.
Azad Quliyev Gülnar Məmmədovanın evində olarkən tanışı ilə telefonla danışan zaman söyüş söyüb. Bu barədə Gülnar Məmmədova ona xəbərdarlıq edib və uşağının yanında söyüş söyməməsini tələb edib.
Lakin qonaq ev sahibinin sözlərinə məhəl qoymayıb.
Bu zaman qadın mətbəxdən bıçaq götürərək Azad Quliyevin döş qəfəsindən xəsarət yetirib.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub